“The Times” Qrenlandiyanın ABŞ-yə ilhaqının dörd mümkün ssenarisindən yazdı

“The Times” Qrenlandiyanın ABŞ-yə ilhaqının dörd mümkün ssenarisindən yazdı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Çin, #Danimarka, #Donald Tramp, #Qrenlandiya, #Rusiya, #Vaşinqton, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tramp Administrasiyası Qrenlandiyanın ilhaqına dörd üsulla nail ola bilər.

presstvaz xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.

Nəşrin yazdığına görə, Donald Tramp dəfələrlə qeyd edib ki, Qrenlandiya ABŞ-nin milli təhlükəsizliyi üçün vacibdir. Venesuelaya qarşı son zərbədən sonra bu cür bəyanatlar artıq təxəyyül məhsulu kimi qəbul olunmur.

Birinci ssenari: hərbi müdaxilə. Birləşmiş Ştatlar gözlənilməz hava şəraitini və yerli əhalinin davranışını nəzərə almasaq, “zəif” Qrenlandiyanı rahatlıqla ələ keçirə bilər. Danimarkanın Baş naziri Mette Frederiksenin dediyi kimi, NATO müttəfiqinin ərazisinin işğalı faktiki olaraq alyansın sonu demək olardı. Eyni zamanda, bu, Rusiya və Çinlə Arktikada silahlanma yarışına səbəb ola bilər.

Daha çox ehtimal olunan ssenari: iqtisadi və siyasi təzyiq. Tramp ada hökumətinə region üçün böyük investisiyalar və ya inkişaf proqramları təklif edə bilər. Rüşvətdən tutmuş separatçı əhvali-ruhiyyəni dəstəkləməyə qədər daha güclü üsullar da mümkündür. Danimarka artıq 2019-cu ildə ərazini satmaq fikrini rədd etdi, lakin Danimarka subsidiyalarından asılı olan yerli qrenlandiyalılar bunu istəyə bilərlər.

Üçüncü variant: Danimarkadan müstəqillik. Qrenlandiya – Palay, Mikroneziya və Marşal adaları kimi – ABŞ ilə “azad assosiasiya barədə müqavilə” bağlayaraq müstəqillik qazanacaqdı. Vaşinqton hərbi nəzarət və ticarət üstünlükləri alacaq, ada isə iqtisadi yardım alacaq.

Son mümkün ssenari Danimarka krallığı ilə ABŞ arasında balanslaşdırmadır. Danimarka krallığının tərkibində olan Qrenlandiya tədricən müstəqilliyə doğru irəliləyir, lakin Kopenhagen və Vaşinqton arasındakı gərginlikdən istifadə edir.

Qəzetin yazdığına görə, qrenlandiyalıların ən azı 85 faizi ABŞ-yə tam ilhaqın əleyhinədir, lakin onlar Amerikanın maraqlarını iqtisadi inkişaf və müstəqillik üçün bir fürsət kimi görürlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv