“Nikkei”: “Yaponiya Cənubi Qafqazdan keçən nəqliyyat marşrutlarında maraqlıdır”

“Nikkei”: “Yaponiya Cənubi Qafqazdan keçən nəqliyyat marşrutlarında maraqlıdır”






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Cənubi Qafqaz, #Ermənistan, #Nəqliyyat, #Orta Dəhliz, #Türkiyə, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənubi Qafqazdan keçən nəqliyyat marşrutları təkcə region ölkələrinə deyil, həm də Yaponiyaya fayda gətirə bilər.

presstvaz xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” nəşrinin Avrasiyanın perspektivli nəqliyyat dəhlizlərinə həsr edilmiş analitik məqaləsində bildirilib.

Materialda qeyd olunub ki, regionun əsas marşrutlarından biri, Tokionun da inkişafına maraq göstərdiyi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutudur (TBNM, Orta Dəhliz).

“Yaponiya da Orta Dəhlizə böyük ümidlər bəsləyir. 2025-ci ilin dekabrında ölkənin Baş naziri Sanae Takaiti Mərkəzi Asiyanın beş ölkəsinin liderləri ilə görüşüb və Tokionun bu marşrutun inkişafına dəstəyini ifadə edib”, – məqalədə vurğulanıb.

Müəlliflər qeyd ediblər ki, ərazisindən Orta Dəhlizin keçdiyi Azərbaycan marşrutun cənub qolunu artıq mövcud olan nəqliyyat əlaqələrinə mühüm bir əlavə hesab edir.

Materialda qeyd edilib ki, Cənubi Qafqaz regionunu Avropanı və Asiyanı birləşdirən “müasir İpək Yolu” adlandırmaq olar, çünki region mühüm nəqliyyat qovşağı kimi diqqət çəkir.

Yaponiya nəşri Orta Dəhlizdən əlavə TRIPP – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin perspektivliyinə də diqqət yetirib.

“Bu marşrutun inkişafı Azərbaycan və Türkiyə ilə əhatə olunmuş və uzun müddət ciddi ticarət məhdudiyyətləri ilə üzləşmiş Ermənistana da əhəmiyyətli faydalar gətirəcək”, – məqalədə qeyd olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv