Tağlar mağarasında 57 ildən sonra ilk dəfə neandertal insana aid qalıqlar TAPILDI

Tağlar mağarasında 57 ildən sonra ilk dəfə neandertal insana aid qalıqlar TAPILDI






presstv

"Presstv"az #Audi, #Günəş, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ildə 80 min il yaşı olan neandertal insana aid qalıqlar tapılıb.

Bu barədə presstvaz-ın sorğusuna cavab olaraq Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalovun rəhbərlik etdiyi beynəlxalq ekspedisiya Tağlar mağarasında Tokio Universiteti ilə 2023-cü ildə imzalanmış müqavilə əsasında tədqiqat aparıb.

“Tədqiqatın əsas nəticəsi 1968-ci ildən sonra ilk dəfə paleoantropoloji qalığın tapılması hesab oluna bilər. Ehtimal olunur ki, bu, yaşı təxminən 80 min il olan neandertal insana aid qalıqdır və hazırda tapıntı Yaponiyada təhlil olunur”, – deyə məlumatda vurğulanıb.

Həmçinin qeyd olunub ki, ilk dəfə olaraq stratiqrafiya (tarixi geologiyanın bölməsi, Yer qabığını təşkil edən, Yerin və onun üzərində məskunlaşmış üzvi aləmin inkişafının təbii mərhələlərini əks etdirən çökmə, vulkanogen və metamorfik əmələgəlmələrin tarixi ardıcıllığını, ilkin münasibətlərini və coğrafi yayılmasını öyrənir) baxımından II və III təbəqələri ayıran sərhəd dəqiqliklə müəyyən edilib, mağaranın ağız hissəsində qazılmamış, Orta Paleolit dövrünə aid daha qədim təbəqələr aşkar edilib, radiokarbon və OSL (Optical Stimulated Luminescence – optik stimullaşdırılmış lüminessensiya: süxur nümunələrindəki mineralların son dəfə nə vaxt günəş işığına məruz qaldığını müəyyən edən əsas fiziki mütləq tarixləndirmə metodu) analizləri üçün 20-dən artıq nümunə götürülüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv