Leyla Əliyeva Maskatda Omanın birinci xanımı ilə görüşüb

Leyla Əliyeva Maskatda Omanın birinci xanımı ilə görüşüb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Leyla Əliyeva

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Maskat şəhərində Oman Sultanlığının birinci xanımı Ülyahəzrət Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah ilə görüşüb.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, Leyla Əliyevanı Omanda görməkdən məmnunluğunu bildirən Sayyida Ahad bint Abdullah bin Hamad Al Busaidiyah onun ictimai fəaliyyətinin Azərbaycanla yanaşı, bir çox ölkələrdə, o cümlədən Körfəzin ərəb ölkələrində yüksək qiymətləndirildiyini vurğulayıb.

Omanın birinci xanımı Heydər Əliyev Fondunun vitse-prezidentinin ətraf mühitə, incəsənətə, mədəniyyətə, eyni zamanda xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstəyi, xeyriyyə aksiyalarında yaxından iştirakı barədə məlumatlı olduğunu bildirib.

O həmçinin Azərbaycanda sənətkarlıq, xalçaçılıq, toxuma sənəti barədə də zəngin məlumatının olduğunu deyib.

Bu ölkədə olmağından məmnunluğunu bildirən Leyla Əliyeva görüşə, göstərilən diqqət və qayğıya görə təşəkkürünü ifadə edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Omana ilk dəfə səfər etdiyini vurğulayaraq, bunun ölkələrimizin mədəniyyət, incəsənət, xalçaçılıq, toxuculuq kimi sahələrdə fəaliyyət göstərən qurumları arasında gələcək əlaqələrə təkan verəcəyinə əminliyini bildirib.

Azərbaycanın xalçaçılıq və toxuculuq sahələrində zəngin ənənəsinin olduğunu bildirən Leyla Əliyeva bu xüsusda təcrübə mübadiləsinin önəminə toxunub.

Söhbət zamanı Azərbaycanla Oman arasında qeyd edilən sahələrdə birgə layihələrin işlənib hazırlanması barədə razılıq olunub.

Leyla Əliyeva Maskatda Omanın birinci xanımı ilə görüşüb


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv