Ötən il uşaqlara ən çox hansı adlar qoyulub? – RƏSMİ

Ötən il uşaqlara ən çox hansı adlar qoyulub? – RƏSMİ






presstv

"Presstv"az #Audi, #Ədliyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ildə uşaqlara ən çox qoyulan adlar açıqlanıb.

presstvaz Ədliyyə Nazirliyinin adlar üzrə statistikasına əsasən xəbər verir ki, ötən il doğulan oğlan uşaqlarına ən çox qoyulan ad Uğur olub.

Belə ki, 2025-ci ildə Uğur adı verilən oğlan uşaqlarının sayı 1721 nəfərdir. 1301 nəfər yeni doğulmuş oğlan uşaqlarına isə Raul adı qoyulub.

Beləliklə ilk onluqda qərarlaşan oğlan adları Uğur (1721), Raul (1301), Hüseyn (1164), Əli (1151), Yusif (1100), Miran (855), Ömər (784), Ayxan (737), Tunar (693), Murad (677) olub.

Oğlan uşaqlarına qoyulan Uğur adı son beş ildə birincilikdə yer alır.

2025-ci ildə yeni doğulmuş qızlara ən çox Melisa adı verilib. Belə ki, həmin ildə dünyaya gələn 1200 nəfər qız uşaqlarına bu ad qoyulub.

İkinci yerdə isə Zeynəb adı qərarlaşıb. Ötən il doğulan 1129 qız uşağına bu ad verilib.

İlk onluqda qərarlaşan qız adları Melisa (1200), Zeynəb (1129), Məryəm (1127), Nilay (1112), Aylin (1095), Zəhra (1066), Ayla (1053), İnci (950), Alisa (946), Fatimə (803) olub.

Son beş il üzrə qızlara qoyulan adlar siyahısında isə Zəhra adı birincilikdə qərarlaşıb.

Ötən il uşaqlara ən çox hansı adlar qoyulub? - RƏSMİ


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv