General Kirillova qarşı sui-qəsdin təfərrüatı – Partladıcı qurğunu ölkəyə tikinti materialı adı altında keçiriblər

General Kirillova qarşı sui-qəsdin təfərrüatı – Partladıcı qurğunu ölkəyə tikinti materialı adı altında keçiriblər






presstv

"Presstv"az #Audi, #Avto, #Bakı, #Rusiya, #Varşava

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyalı general-leytenant İqor Kirillov və onun köməkçisinə qarşı terror aktı üçün istifadə edilən əldəqayırma partlayıcı qurğu tikinti materialı adı altında hissə-hissə Varşavadan gətirilib.

presstvaz xəbər verir ki, bu barədə TASS-a məhkəmənin iştirakçısı bildirib.

Hərbçiyə qəsd planının təfərrüatı məhkəmə iclasında üzə çıxıb.

“Koordinatorlar müxtəlif tikinti materialları adı altında Varşavadan Moskvaya əldəqayırma partlayıcı qurğunun detallarının bağlama şəklində göndərilməsini təşkil ediblər. Axmadjon Kurbonov cinayəti törətmək üçün istifadə edilən partlayıcı qurğunu icarəyə götürülmüş 10 mənzildən birində yığıb”, – nəşr yazıb.

Moskva məhkəməsi terror aktının koordinatorları Andrey Gedzik, Saidakber Qulomov və Mirjalol Odilovun qiyabi həbsinə qərar verib.

Məhkəmə qapalı qaydada davam edir. Bütün təqsirləndirilən şəxslər terror fəaliyyətində iştirakda, mütəşəkkil dəstə halında terror aktı törətməkdə, partlayıcı maddələrin qanunsuz dövriyyəsində və terror aktları üçün hazırlıq keçməkdə ittiham olunurlar.

Xatırladaq ki, Axmadjon Kurbonov və əslən Bakıdan olan erməniəsilli Robert Safaryan təqsirli olduqlarını etiraf edərək peşman olduqlarını bildiriblər.

Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Müdafiə qoşunlarının general-leytenantı İqor Kirillov 2024-cü il dekabrın 17-də Moskvada avtomobilin partlaması nəticəsində həlak olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv