Qaradağdakı Günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddəti uzadılıb

Qaradağdakı Günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddəti uzadılıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Əli Əsədov, #Günəş, #Nazirlər Kabineti, #Qaradağ rayonu, #Torpaq sahəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bərpaolunan enerji mənbələrinin ərazisində Günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddəti uzadılıb.

presstvaz xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Bakı şəhərinin inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2023-cü il 25 dekabr tarixli 470 nömrəli Qərarı ilə Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində yerləşən bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində Günəş elektrik stansiyasının tikintisinə icazə alınmasının müddəti “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsinə uyğun olaraq bir il müddətinə uzadılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qərarın 1-ci hissəsinə uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv