“Real Madrid”in keçmiş futbolçusunun sevgilisi döyülüb, övladı divara çırpılıb

“Real Madrid”in keçmiş futbolçusunun sevgilisi döyülüb, övladı divara çırpılıb






presstv

"Presstv"az #"Real Madrid", #Audi, #Avropa, #Əl-Hilal, #Fransa, #Futbol, #Milan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransalı futbolçu Teo Hernandezin evi 2022-ci ildə, o, “Milan”da oynayarkən qarət edilib.

presstvaz xəbər verir ki, bu barədə onun sevgilisi Zoe Kristofoli “Today”ə danışıb.

“Məni qarət ediblər və döyüblər. Evdə dayə və uşağımla idim. Bu, bizim yeni evimiz idi, şam yeməyi yeyirdik. Soyğunçular qarajdan içəri daxil oldular. Oğlumun gözü qarşısında məni döydülər. Sonra onu tutub divara çırpdılar”, – Kristofoli deyib.

“Sonda hər şeyi götürdülər. Başıma silah dayayıb dedilər ki, təhlükəsizlik kodunu səhv daxil etsən, səni öldürəcəyik. Özümü günahkar hiss etdim. Teonun da seyfdə qiymətli əşyaları olduğunu bilirdim”, – deyə qadın əlavə edib.

Qeyd edək ki, 28 yaşlı Teo Hernandez hazırda “Əl-Hilal”da çıxış edir. O, karyerası ərzində Fransa milli komandası ilə 2022-ci il dünya çempionatının gümüş və 2024-cü il Avropa çempionatının bürünc medalçısı olub. Müdafiəçi əvvəllər “Atletiko Madrid”, “Real Madrid” kimi komandalarda oynayıb.

Real Madridin keçmiş futbolçusunun sevgilisi döyülüb, övladı divara çırpılıb


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv