Bazar günü xəstəxanada həkim tapılmadı: Sakinlər çaşqınlıq içində

Bazar günü xəstəxanada həkim tapılmadı: Sakinlər çaşqınlıq içində






presstv

"Presstv"az #Abşeron Rayon Mərkəzi Xəstəxanası, #Audi, #Bakı, #Həkim, #Təcili Tibbi Yardım, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Övladının xəstəliyi ilə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət edən ana orada həkim tapmadığını iddia edir. Dediyinə görə, ona xəstəxananın bağlı olduğu bildirilib.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, Abşeron rayon sakini Bahar Cəfərova azyaşlı övladının səhhətində yaranan problemlə əlaqədar rayonun mərkəzi xəstəxanasına müraciət edib.

Valideynin sözlərinə görə, xəstəxananın giriş qapıları bağlı olub və həkim tapmaq mümkün olmayıb.

Bahar Cəfərova bildirib ki, xəstəxananın qapılarını döyməsinə baxmayaraq, açan olmayıb.

Onun sözlərinə görə, azyaşlı övladında qusma və halsızlıq müşahidə olunduğu üçün həkimə müraciət edib.

Abşeron Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, vətəndaşın müraciəti bazar gününə təsadüf etdiyindən xəstəxanada yalnız Təcili tibbi yardım şöbəsi fəaliyyət göstərib.

Belə çıxır ki, sakinlər bazar günü xəstələnsələr, ya bir gün gözləməli, ya da Bakıdakı digər xəstəxanalara üz tutmalıdırlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv