Satış planlarını aşanlar və geridə qalanlar: Çinin avtomobil bazarında 2025-ci il üçün yekun mənzərə

Satış planlarını aşanlar və geridə qalanlar: Çinin avtomobil bazarında 2025-ci il üçün yekun mənzərə






presstv

"Presstv"az #Audi, #Avto, #Çin, #Elektrikli avtomobil, #Geely

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

BYD 2025-ci ilin sonuna qədər Çinin ən böyük avtomobil istehsalçısı statusunu qoruyub saxlasa da, istehsal planını tam şəkildə yerinə yetirə bilməyib. Belə ki, şirkət qarşıya qoyulan 5,5 milyon avtomobil istehsalı hədəfinə qarşılıq cəmi 4,6 milyon ədəd avtomobil istehsal edərək planın yalnız 84%-ni reallaşdırıb.

presstvaz xəbər verir ki, bu barədə “CarNewsChina” məlumat yayıb.

Məlumata görə, Çinin üç ən böyük avtomobil istehsalçısı arasında yalnız “Geely” planlaşdırılan hədəfi artıqlaması ilə yerinə yetirib. Şirkət 3 milyon avtomobil satmağı nəzərdə tutsa da, faktiki satış həcmi 3 024 567 ədəd təşkil edib.

“Chery” isə 3,26 milyon satış hədəfinə qarşı 2 631 381 ədəd satış reallaşdırıb və planın yalnız 80%-dən bir qədər çoxunu icra edib. Bununla belə, “Chery” Çinin aparıcı avtomobil ixracatçısı statusunu qoruyub saxlayıb.

“Great Wall Motor” öhdəliklərini yerinə yetirmək baxımından ən zəif nəticə göstərən şirkət olub. Belə ki, 4 milyonluq satış hədəfinə qarşı cəmi 1 323 672 avtomobil satılaraq planın yalnız 33%-i yerinə yetirilib.

Elektrikli avtomobil bazarına yeni daxil olan “Xiaomi” isə gözləntiləri üstələyib. Şirkət 2025-ci ildə 350 min avtomobil satmağı planlaşdırsa da, faktiki göstərici 400 mindən çox olub ki, bu da planın təxminən 115%-i deməkdir.

“XPeng” 350 min avtomobil satışı hədəfinə qarşı 430 min ədəd avtomobil sataraq planı 123% səviyyəsində yerinə yetirib. “Leapmotor” isə hədəfini təxminən 20% üstələyərək 596 500 satış reallaşdırıb.

“Li Auto” (Lixiang) isə planlaşdırılan satış həcminin yalnız 63%-nə nail olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv