AHİK uşaqlar üçün bayram şənlikləri təşkil edir

AHİK uşaqlar üçün bayram şənlikləri təşkil edir






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Şaxta baba

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paytaxt Bakıda gələcəyimiz olan uşaqlar üçün silsilə bayram şənlikləri keçirir.

Uşaqların asudə vaxtının mənalı və maraqlı keçməsi məqsədilə təşkil edilən bayram tədbirləri balacalara xoş ovqat və unudulmaz xatirələr bəxş edir.

Zövqlə, al-əlvan işıqlarla və Yeni il atributları ilə bəzədilmiş şənlik məkanlarında xüsusi tərtibatda hazırlanan proqramlar uşaqların böyük marağına səbəb olub. Şaxta baba və Qar qızın səmimi zarafatları, uşaqlarla birlikdə yolka ətrafında rəqs etməsi balacalara sevinc bəxş edib.

Rəngarəng musiqi nömrələri, maraqlı səhnəciklər uşaqların bayram əhval-ruhiyyəsini daha da yüksəldib, azyaşlılar, xüsusilə də şəhidlərimizin bizə əmanət qoyduğu balacalar qayğı dolu mühitdə ürəkdən əylənib, sevincli anlar yaşayıblar.

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları tərəfindən ölkəmizin müxtəlif şəhər və rayonlarında yerləşən uşaq evlərində, internat məktəblərində kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlar üçün də şənliklər təşkil edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv