KİV: Çinin yeni taktikası regionda güc balansını dəyişə bilər

KİV: Çinin yeni taktikası regionda güc balansını dəyişə bilər






presstv

"Presstv"az #Audi, #Çin, #dənizdə, #Gəmi, #Jurnalistlər, #Müharibə, #Şanxay, #Yük gəmisi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çin yük gəmilərini hücum dronları üçün “aviadaşıyıcı gəmi”lərə çevirir və onları dronları birbaşa göyərtədən buraxmaq üçün elektromaqnit katapultlarla təchiz edir.

presstvaz xəbər verir ki, bu barədə “The War Zone” nəşri peyk görüntülərinə istinadən məlumat yayıb.

Jurnalistlərin məlumatına görə, Şanxaydakı “Hudong-Zhonghua” gəmiqayırma zavodunda döyüş gəmisinə çevrilmiş mülki yük gəmisi görülüb. Gəminin yaxınlığında gizli, uzunqanadlı “Collaborative Combat Aircraft” tipli döyüş dronları olub.

Qeyd olunub ki, əvvəllər konteynerlə silah daşınması üçün istifadə edilən bu gəmi, indi müasir dronlar üçün çoxfunksiyalı daşıyıcıya çevrilib.

Jurnalistlərin diqqətini yük maşınlarına quraşdırılmış fərdi seqmentlərdən ibarət modul atış sistemi çəkib. Bu sistem müxtəlif missiyalar üçün tez bir zamanda yerləşdirilə və ya dəyişdirilə bilər.

Beləliklə, Çin yeni bir taktika nümayiş etdirərək mülki gəmiləri dənizdən sürətlə hücum dronları buraxa bilən hərbi platformalara çevirir. Bu, regionda güc balansını və dəniz müharibəsinə yanaşmaları əhəmiyyətli dərəcədə dəyişdirə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv