Məktəblər bağlana, dərslər təxirə salına bilər – "Hazırda…"

Məktəblər bağlana, dərslər təxirə salına bilər – "Hazırda…"






presstv

"Presstv"az #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qarlı və şaxtalı hava şəraitinin hökm sürdüyü günlərdə valideynləri və şagirdləri ən çox narahat edən məsələlərdən biri də məktəblərdə dərslərin taleyidir.

Yolların buz bağlaması fonunda dərslərin gec başlanması və ya təxirə salınması mümkün ola bilərmi?

presstvaz xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hazırkı hava şəraiti ilə əlaqədar yolların buz bağlama ehtimalı yüksək deyil və bu səbəbdən dərslərin gec başlanmasına və ya təxirə salınmasına ehtiyac yoxdur.

Onun sözlərinə görə, yalnız ciddi qar yağışı və ya yolların buz bağlaması halında Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq qərar qəbul olunur:

"Belə vəziyyətlərdə dərslərin gec başlanması, təxirə salınması və ya başqa tarixlə əvəzlənməsi zərurəti yarana bilər. Hazırda isə hava şəraiti buna əsas vermir".

Ekspert qeyd edib ki, kəskin şaxta və buzlu hava şəraitində şagirdlərin və müəllimlərin sürüşmə riski artır, bu da insan həyatı üçün təhlükə yarada bilər. Məhz bu səbəbdən hər il olduğu kimi, bu il də hava şəraiti kəskinləşərsə, müvafiq tədbirlərin görülməsi qaçılmazdır.

Ramin Nurəliyev vurğulayıb ki, ehtiyac yaranacağı təqdirdə məktəblərin 3-4 gün müddətinə tətilə buraxılması, dərslərin 1-2 saat gec başlanması və ya müəyyən dərslərin ləğv edilməsi mümkündür.

"Xüsusilə, dağ kəndlərində yollar buz bağlayarsa və gediş-gəliş mümkün olmazsa, həmin ərazilərdə tədris prosesinin dayandırılması mütləq həyata keçirilməlidir", – deyə o, əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv