Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür

Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Azərbaycanın Milli Qəhrəmanı, #Böyük Britaniy, #Böyük Britaniya, #Doğum günü, #Dollar, #Ermənistan, #Gürcüstan, #İran, #Jurnalistlər, #Mingəçevir şəhəri, #Müharibə, #Rusiya, #Sərəncam, #Təhsil, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yanvarın 2-si Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum günüdür.

presstvaz xatırladır ki, o, 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub.

1975-ci ildə ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil alıb. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində hərbi xidmətini başa vurduqdan sonra 1991-ci ildə Azərbaycana qayıdıb, elə həmin il də könüllü olaraq cəbhəyə yollanıb.

Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür

1992-ci ildə Xocalının Pirlər kəndində ermənilər tərəfindən əsir götürülüb.

2019-cu ildə Türkiyədə azərbaycanlılar tərəfindən erməni lobbisinə qarşı informasiya mübarizəsi aparmaq məqsədilə yaradılan “ASASmedya” Natiq Qasımovun sağ olması və Ermənistandakı kimya zavodlarından birində işlədilməsi barədə məlumat yayıb. Bununla yanaşı, Natiq Qasımov barədə məlumat verən şəxsə 1000 dollar, onu Rusiya, İran, Gürcüstan və Türkiyə üzərindən təhvil verəcək şəxsə isə 10 000 dollar pul mükafatı təqdim ediləcəyi vəd olunub.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı var. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.

Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür

Böyük Britaniyanın “Broken Pot Media” şirkəti tərəfindən Natiq Qasımova həsr edilmiş “Oğul” sənədli filmi çəkilib. Ekran işində Birinci Qarabağ müharibəsində iştirak edən Vitali Balasanyanın da müsahibəsi yer alıb. O, əsirin tanış gəldiyini, lakin Natiq Qasımovu xatırlaya bilmədiyini söyləyib.

Vitali Balasanyan sənədli filmin rejissoruna verdiyi müsahibə zamanı Natiq Qasımovu tanımadığını bildirsə də, istefada olan polkovnik-leytenant Romik Mxitaryan Natiqi dindirən gənc erməni zabitin Vitali Balasanyan olduğunu deyib. Natiq Qasımov erməni zabitlər tərəfindən dindirilən zaman italiyalı müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. Filmin müəllifi qeyd edir ki, yüksək dövlət mükafatları almış Vitali Balasanyan Natiqin dindirilməsində şəxsən iştirak edib. 1992-ci ildə Balasanyan Əsgəranın işğalına nəzarət edirdi.

Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür

Natiq Qasımov Ağdamda Yaqub Rzayevin başçılığı altında “Qarabağ şahinləri” dəstəsində ermənilərə qarşı döyüşüb, 1992-ci ilin əvvəllərində evlərinə baş çəkib.

Daha sonra 1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi Azərbaycan əsgəri alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüşlər aparıb. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban kilsəsində mübarizəni davam etdirib. Təkbaşına beş gün gecə-gündüz vuruşaraq, düşmənləri bu posta yaxın buraxmayıb. Gülləsi qurtardığından altıncı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər – Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində təsvir edilib.

Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür

2024-cü ildə Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2024-cü il tarixli 175 saylı sərəncamı ilə Natiq Səlim oğlu Qasımov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv