“iPhone 17” smartfonlarında qeyri-adi problem tapıldı

“iPhone 17” smartfonlarında qeyri-adi problem tapıldı






presstv

"Presstv"az #Apple, #Araşdırma, #Audi, #iPhone

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modellərinin bəzi istifadəçiləri qeyri-adi problemlə üzləşiblər.

presstvaz “Dijitaltrend” nəşrinə istinadən xəbər verir ki, telefon enerji yığımı zamanı, ekran açıq olduqda, dinamiklərdən zəif xışıltı səsi eşidilə bilər.

İstifadəçilərin bildirdiklərinə görə, bu səs yalnız şarj qurğuya qoşulduqda yaranır – istər kabel vasitəsilə, istərsə də “MagSafe” simsiz enerji yığımı zamanı. Şarj kəsildikdə isə səs də yox olur.

Bəzi istifadəçilər cihazlarını zəmanət çərçivəsində dəyişiblər, lakin eyni problem bəzən yeni götürdükləri telefonlarda da ortaya çıxıb.

“Apple” mütəxəssisləri vəziyyətdən xəbərdardır və məsələni araşdırmaq üçün onu mühəndislərə ötürüblər. Əgər səbəb proqram təminatındakı nasazlıqdırsa (məsələn, enerji idarəetməsi və ya audio drayverlərlə bağlı), problem gələcək “İOS” yeniləməsi ilə aradan qaldırıla bilər. Əgər problem aparat hissəsi ilə bağlıdırsa, şirkətin pulsuz təmir və ya dəyişdirmə təklif edəcəyi gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv