Ukrayna kəşfiyyatı Rusiya Könüllülər Korpusu komandirinin “qətl”ini səhnələşdiribmiş

Ukrayna kəşfiyyatı Rusiya Könüllülər Korpusu komandirinin “qətl”ini səhnələşdiribmiş






presstv

"Presstv"az #Audi, #Dollar, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Baş Kəşfiyyat İdarəsi Rusiya Könüllülər Korpusunun komandiri Denis Kapustinin (Nikitin) “qətl”inin onun aradan qaldırılmasını sifariş edənləri aşkar etmək məqsədilə xüsusi xidmət orqanı tərəfindən səhnələşdirildiyini elan edib.

presstvaz bildirir ki, bu barədə Baş Kəşfiyyat İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

Rusiya onun öldürülməsi üçün yarım milyon dollar vəsait ayırıb.

Qeyd edilir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Timur xüsusi bölməsi”nin tərkibində Rusiyaya qarşı döyüşən Rusiya Könüllülər Korpusunun komandirinin qətlini Rusiyanın xüsusi xidmət orqanları sifariş verib”.

Baş Kəşfiyyat İdarəsi bir aydan çox davam edən kompleks xüsusi əməliyyatı nəticəsində Kapustinin həyatı qorunub, həmçinin Rusiya xüsusi xidmət orqanlarındakı sifarişçilər və icraçılar dairəsi müəyyən edilib.

Bu barədə Baş Kəşfiyyat İdarəsinin rəisi general-leytenant Kirill Budanova hesabat verən “Timur xüsusi bölməsi”nin komandiri məlumat verib.

“Bizim tərəfimiz həmçinin bu cinayətin həyata keçirilməsi üçün Rusiya xüsusi xidmət orqanları tərəfindən ayrılmış müvafiq məbləği də əldə edib. Kapustin Ukrayna ərazisindədir və qarşıya qoyulan tapşırıqların icrasını davam etdirməyə hazırlaşır”, – deyə komandir bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv