“Haber Global”: “İlham Əliyevdən Yeni il mesajı”

“Haber Global”: “İlham Əliyevdən Yeni il mesajı”






presstv

"Presstv"az #Ağ Ev, #Audi, #Azərbaycan, #Ermənistan, #Haber Global, #Hadisə, #İlham Əliyev, #Müharibə, #Təbrik, #Türkiyə, #Vətən müharibəsi, #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyənin “Haber Global” telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin Yeni il təbrikinə həsr olunmuş süjet yayımlayıb.

presstvaz xəbər verir ki, süjetdə Prezident İlham Əliyevin Azərbaycanın 2025-ci ildə qazandığı diplomatik uğurlardan danışdığı bildirilib.

Azərbaycan dövlətinin başçısı son beş ildə ölkənin bütün sahələrdə necə inkişaf etməsindən danışıb. Ötən il Azərbaycanda Qarabağ Zəfərinin beşinci ildönümünün qeyd olunduğunu xatırladan ölkə başçısı avqust ayında Ağ Evdə Azərbaycanla Ermənistan arasında imzalanan sülhlə bağlı sənədin tarixi əhəmiyyətini də vurğulayıb.

“Əminəm ki, qarşıdan gələn 2026-cı il də ölkəmiz üçün uğurlu olacaq, ölkə qarşısında duran bütün vəzifələr həmişəki kimi uğurla icra ediləcək… Son beş il ərzində Azərbaycan Silahlı Qüvvələri öz gücünü böyük dərəcədə artırıb. Yeni silahlar və texnika ilə təchiz edilmiş Ordumuz bu gün istənilən vəzifəni icra etməyə qadirdir. Biz Vətən müharibəsindəki Zəfərimizdən sonra yorulmadan bu Zəfəri beynəlxalq və siyasi müstəvidə möhkəmləndirmək və təsdiqləmək üçün çalışmışıq və buna nail olmuşuq. Bütün dünya bizim Zəfərimizi qəbul edir və bizim haqlı olduğumuzu əyani şəkildə görür”, – telekanal Azərbaycan rəhbərinin Yeni il videomüraciətindən sitatlar gətirib.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrikində İlham Əliyev xaricdə yaşayan soydaşlarımızı da unutmayıb:

“Onlar (bütün azərbaycanlılar) bilməlidirlər və bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanıb. 2025-ci ildə olan bəzi hadisələr bir daha göstərdi ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının taleyi bizim üçün qiymətlidir, önəmlidir və bizi – azərbaycanlıları ortaq tarix, dilimiz, köklərimiz, mədəniyyətimiz birləşdirir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv