“Traktor” futbol klubu ətrafında nə baş verir?

“Traktor” futbol klubu ətrafında nə baş verir?






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Futbol, #Hadisə, #İran, #Tehran, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Son günlər Təbrizdə yalnız futbol komandası deyil, Güney Azərbaycanın səsi və İranda Azərbaycan-türk kimliyinin rəmzi olan “Traktor” klubu ətrafında narahatlıq doğuran hadisələr və səs-küylü qalmaqallar yaşanır. Görünən odur ki, “Traktor”un parlaq nailiyyətləri, eləcə də onun keçirdiyi oyunlarda Azərbaycan milli ruhu və iradəsinin getdikcə daha aydın və gur eşidilən ifadəsi Tehranda bəlli dairələri, dəqiq desək, “iranşəhri” düşüncəsinin tərəfdarlarını ciddi şəkildə narahat edir və onlar bu səsi boğmaq üçün hər yola əl atmağa başlayıblar”.

Bu barədə “Azad İran” “YouTube” kanalının yayımladığı videosüjetdə deyilir.

“İşin ən paradoksal cəhəti budur ki, özləri şovinizm və paniranizm mərəzinə mübtəla olanlar “Traktor” azarkeşlərini pantürkizmdə və separatçılıqda ittiham edirlər. Bu misilsiz həyasızlığa “Traktor” klubunun sahibi, təbrizli iş adamı Məhəmmədrza Zünuzi tutarlı bir şəkildə cavab verərək deyib: “Biz panfarsları tanıyırıq, amma pantürk yoxumuzdur. Min ildir ki, İranı saxlayan türklərdir”.

Zünuzi mənsub olduğu xalqa qarşı təhqirlərə son qoyulması üçün ən radikal addıma da hazır olduğunu bildirərək əlavə edib: “Mən türklərin və azərbaycanlıların söyülməsi üçün pul xərcləmirəm. Bu irqçi davranışların cavabı verilməyincə, rəsmən bəyan edirəm ki, komandanı oyuna buraxmayacağam”.

Bu, onu göstərir ki, həmin panfarsların sayəsində İran futbolu idman olmaqdan çıxaraq etnik qarşıdurma və ideoloji mübarizə meydanına çevrilib. Ən dəhşətlisi isə, fars şovinizminin təmsilçiləri, necə deyərlər, öz adlarını “Traktor” azarkeşi olan türklərə qoymağa, bununla İranda türklərə qarşı uzun tarixə malik ayrı-seçkilik və aşağılama siyasətinə haqq qazandırmağa çalışırlar. Bu işdə İran idmanına rəhbərlik edən rəsmi qurumlara, o cümlədən Futbol Federasiyasına hökumət mediası və dövlət televiziyası da dəstək verir”, – deyə materialda bildirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv