Gələn ildən internet sürətinin artırılması üçün hansı addımlar atıla bilər?

Gələn ildən internet sürətinin artırılması üçün hansı addımlar atıla bilər?






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Nəqliyyat, #Qiymət artımı, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gələn il Azərbaycanda internetin keyfiyyətini və sürətini artırmaq üçün konkret addımlar planlaşdırılır. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ilə internet provayderləri arasında keçirilmiş son görüş göstərir ki, bu istiqamətdə texniki baza formalaşsa da, real istifadəçi təcrübəsinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün hələ də kompleks və sistemli addımlara ehtiyac var.

Maraqlıdır, yeni ildən internetin keyfiyyətinin və sürətinin artırılması üçün hansı addımlar atıla bilər?

presstvaz mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Gələn ildən internet sürətinin artırılması üçün hansı addımlar atıla bilər?

Konkret hədəflər müəyyənləşdirilib

İKTA ilə internet provayderlər arasında baş tutan görüşdə internetin sürətinə təsir edən amillər, beynəlxalq təcrübə geniş şəkildə müzakirə olunub. Planlara magistral və “backhaul” xətlərin modernizasiyası daxildir ki, bu da artan trafik fonunda sürət azalmasının və gecikmələrin qarşısını almağa yönəlib. Eyni zamanda evdaxili Wi-Fi sistemlərinin optimallaşdırılması, köhnə modemlərin əvəz edilməsi və “Wi-Fi 6” standartının tətbiqi istifadəçilərin real sürət əldə etməsinə imkan verəcək. Marşrutlanmanın və beynəlxalq çıxışların təkmilləşdirilməsi internetin daha stabil işləməsinə töhfə verəcək, CDN-lərin ölkə daxilində yerləşdirilməsi isə videoların və onlayn kontentin daha sürətli açılmasını təmin edəcək. Pik saatlarda şəbəkə yüklənməsinin balanslaşdırılması, XGS-PON texnologiyalarına keçid və istifadəçilərin maarifləndirilməsi də kompleks planın vacib hissələrini təşkil edir.

Mütəxəssislərin fikrincə, bu addımlar sistemli şəkildə həyata keçirilərsə, gecikmələr azalacaq, istifadəçi təcrübəsi yaxşılaşacaq və ölkədə internet xidmətləri mərhələli şəkildə daha yüksək keyfiyyət səviyyəsinə çatacaq.

Gələn ildən internet sürətinin artırılması üçün hansı addımlar atıla bilər?

150 Mbit/s zərurətə çevrilib

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov qeyd edib ki, qlobal yanaşmada bir çox ölkədə internetin minimal sürəti tənzimləyici qurumlar tərəfindən müəyyən edilir və bu, artıq beynəlxalq praktikada qəbul olunmuş reallıqdır. Onun sözlərinə görə, Azərbaycanda bu məsələ hələ rəsmi şəkildə tənzimləyici tərəfindən təsdiqlənməsə də, faktiki vəziyyət göstərir ki, ölkə üzrə internetin alt limiti 100 Mbit/s səviyyəsində formalaşıb.

Ekspert vurğulayıb ki, internetin keyfiyyəti məsələsinə müasir texnoloji reallıqlar fonunda yanaşmaq lazımdır: “Bu gün dünyada məzmun getdikcə daha yüksəkkeyfiyyətli olur, videolar və vizual materiallar daha böyük həcm tələb edir. Məhz bu baxımdan 150 Mbit/s və daha yüksəksürətli internet artıq arzuolunan deyil, zəruri hala çevrilib”.

Onun fikrincə, hazırda videozənglərin HD, “Full HD”, hətta 4K və 8K formatlarda aparılması, filmlərin 4K keyfiyyətində izlənməsi geniş yayılıb və bu imkanlardan rahat istifadə üçün 100-150 Mbit/s-dən yuxarı sürət tələb olunur. Bu tələblər təkcə əyləncə deyil, eyni zamanda uzaqdan təhsil və onlayn iş sistemləri üçün də vacibdir.

Gələn ildən internet sürətinin artırılması üçün hansı addımlar atıla bilər?

Mütəxəssis bildirib ki, internet istifadəsi yalnız bir cihaz və ya bir istifadə ssenarisi ilə məhdudlaşmır: “Ev təsərrüfatlarında internet modem vasitəsilə bir neçə cihaz arasında bölünür və nəticədə hər bir cihazın istifadə etdiyi real sürət azalır. Bu baxımdan, alt limitin aşağı olması ümumi istifadə keyfiyyətinə birbaşa təsir göstərir. Bütün bu amilləri nəzərə alaraq, beynəlxalq standartlara uyğun internetin minimal sürətinin müəyyən edilməsi artıq qaçılmazdır”.

Həm keyfiyyətdə, həm də qiymətdə dəyişiklik ola bilər

E.Abbasovun qənaətinə görə, növbəti ildən etibarən bu yanaşma Azərbaycanda da aktuallaşa və 2026-cı ildə internetin alt limitinin 150 Mbit/s səviyyəsində tənzimlənməsi gündəmə gələ bilər. Onun sözlərinə görə, vətəndaş üçün əsas meyar texniki detallardan daha çox büdcə məsələsidir. Daha keyfiyyətli internetin qiymət artımına səbəb ola biləcəyi ehtimalı mövcud olsa da, arzuolunan variant qiymət dəyişmədən keyfiyyətin yüksəldilməsidir. Bununla belə, ekspert xatırladıb ki, provayderlər kommersiya qurumlarıdır və daha yüksəkkeyfiyyətli xidmətin müəyyən qədər baha olması iqtisadi baxımdan qaçılmazdır. Ekspertin fikrincə, həm internetin keyfiyyətində, həm də qiymətində cüzi dəyişikliklər 2026-cı il üçün aktual mövzulardan birinə çevrilə bilər.

Qanunvericilik bazası köhnəlib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın sədr müavini Qalib Qurbanov deyib ki, hazırda internet sahəsini tənzimləyən vahid və sistemli normativ sənəd mövcud deyil. Onun sözlərinə görə, internet xidmətləri üzrə standartlar müəyyənləşdirilməyib və agentliyin fəaliyyətini tam təmin edəcək müvafiq normativ-hüquqi baza formalaşmayıb.

Gələn ildən internet sürətinin artırılması üçün hansı addımlar atıla bilər?

Ekspert qeyd edib ki, “Telekommunikasiya haqqında” mövcud qanun 2006-cı ildə qəbul olunub və sonrakı dövrdə texnologiyaların sürətli inkişafı, yeni çağırışların meydana çıxması bu qanunu faktiki olaraq köhnəldib. Hazırda yeni qanun layihəsi üzərində iş aparılsa da, proses ləng gedir. Məhz bu gecikmə agentliyin fəaliyyətini lazımi səviyyədə təşkil etməsini məhdudlaşdırır. Normativ boşluqlar isə internet xidmətlərinin keyfiyyət göstəricilərinə birbaşa təsir edir.

Ekspert hesab edir ki, mövcud problemlərin həlli üçün ilk növbədə qanunvericilik bazası təkmilləşdirilməlidir.

Gələn ildən internet sürətinin artırılması üçün hansı addımlar atıla bilər?

Problem daha çox modem və Wi-Fi avadanlıqlarından qaynaqlanır

İKT üzrə mütəxəssis Vahid Qasımov hesab edir ki, hazırda Azərbaycanda stasionar internetin sürəti və texniki imkanları ciddi problem hesab edilmir:

“Optik kabellər üzərindən ötürülən internetdə minimum sürət 100 Mbps-ə qədər artırılıb və istifadəçi bu sürəti əldə edə bilmirsə, səbəb çox vaxt provayderdən deyil, modem və Wi-Fi avadanlıqlarından qaynaqlanır. İnternetdə baş verən qısamüddətli qırılmalar isə əsasən fors-major hallarla, avadanlıq nasazlığı, xəttin zədələnməsi və elektrik kəsintiləri ilə bağlıdır. Burada əsas məsələ bu problemlərin operativ şəkildə aradan qaldırılmasıdır və provayderlər bunun üçün effektiv texniki xidmət göstərməlidirlər”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv