Alimlər yemək yeyərkən televizora baxmağın zərərlərini aşkarlayıblar

Alimlər yemək yeyərkən televizora baxmağın zərərlərini aşkarlayıblar






presstv

"Presstv"az #Audi, #Avto, #Psixoloq, #Smartfon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Amerikalı alimlər müəyyən ediblər ki, yemək yeyərkən televizora baxmaq kökəlmə riskini artırır.

presstvaz xəbər verir ki, bu barədə tədqiqatın nəticələri “Physiology and Behavior” jurnalında dərc olunub.

Müəlliflər müxtəlif rəqəmsal yayındırıcı amillərin qida qəbuluna təsirini araşdırıblar. Təcrübədə tədqiqatın əsl məqsədindən xəbərsiz olan 114 kişi və qadın iştirak edib. Bütün könüllülərə eyni qəlyanaltılar – çips və şokolad konfetlər təklif olunub və iştirakçılar üç qrupa bölünüblər.

Birinci qrupdakı iştirakçılar yemək yeyərkən televizora baxıb, ikincilər smartfonlarına qapılıb, üçüncülər isə diqqəti yayındırmadan qida qəbul ediblər. Tədqiqatçılar istehlak edilən qida miqdarını qeydə alıblar.

Nəticələr göstərib ki, televizora baxmaq qəlyanaltıların kalori qəbulunu əhəmiyyətli dərəcədə artırır. “TV qrupu”nun iştirakçıları orta hesabla təxminən 164 kilokalori, diqqəti yayındırmadan yeyənlər isə təxminən 131 kilokalori istehlıak ediblər. Smartfon istifadəçiləri ilə istifadə etməyənlər arasındakı fərq minimal olub və statistik cəhətdən əhəmiyyətsiz sayılıb.

“Tədqiqatımız göstərir ki, televizora baxmaq həddindən artıq yeməyə və sağlam olmayan qidalanma vərdişlərinin inkişafına daha çox səbəb olur”, – deyə psixoloqlar bildiriblər.

Onların fikrincə, televiziyanın təsiri diqqəti yayındırması ilə bağlıdır. Belə ki, beynin nə vaxt və hansı miqdarda yediyini qeyd etməsi çətinləşir, bu da doyma hissinin azalmasına səbəb olur.

Müəlliflər smartfonların daha az təsir göstərməsini belə izah ediblər: telefona baxarkən hər iki əl istifadə olunur, amma televizora baxarkən əllər sərbəst qalır ki, bu da insanın demək olar ki, avtomatik yeməsinə imkan verir.

Tədqiqatçılar porsiyaların ölçüsünü və yemək siqnallarını daha yaxşı idarə etmək üçün mümkün olduqda qidalanma zamanı televizora baxmamağı tövsiyə edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv