Xankəndidə tapdığı silah-sursatı evinə gətirən şəxs həbs edildi

Xankəndidə tapdığı silah-sursatı evinə gətirən şəxs həbs edildi






presstv

"Presstv"az #Audi, #Avto, #Cinayət işi, #Xankəndi şəhəri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xankəndidə tapdığı silah-sursatı gizli yolla evinə gətirən şəxs həbs olunub.

presstvaz-ın məlumatına görə, Beyləqan rayonunun Tatalılar kənd sakini, 1993-cü il təvəllüdlü Aqil Məmmədov (ad və soyad şərtidir) 2024-cü ilin avqust ayında Xankəndi şəhərinə gəzməyə gedib. O, həmin vaxt boş evlərdən birinə daxil olub və orada süngü bıçağı, tapança aşkarlayıb. A.Məmmədov həmin silah-sursatı götürüb, avtomobilində oturacağın altında gizlədərək Beyləqan rayonundakı evinə gətirib. Bir müddətdən sonra o, həmin silah barədə qonşularına danışıb. Qonşular bu barədə polisə məlumat veriblər.

Polis əməkdaşları daxil olan əməliyyat məlumatı əsasında A.Məmmədovun evinə baxış keçirərkən mənzildən tapança, patron darağı və süngü bıçağı aşkarlanıb.

A.Məmmədov saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.

Beyləqan Rayon Məhkəməsinin hökmü ilə A.Məmmədov 9 ay müddətinə azadlıqdan məhrum edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv