Problemli kreditlərin həcmi yenidən ARTDI – çıxış yolu

Problemli kreditlərin həcmi yenidən ARTDI – çıxış yolu






presstv

"Presstv"az #Problemli kredit

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu ilin 10 ayında ölkədə problemli kreditlərin həcmi 805.5 milyon manata çatıb. Nəzərə alsaq ki, ilin son iki ayının nəticələri hələ açıqlanmayıb, bu məbləğin artacağı istisna edilmir. Məlumata görə, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14.5 faiz çoxdur. Beləliklə, son bir il ərzində problemli kreditlərin həcmi təxminən 102 milyon manat artıb.

presstvaz xəbər verir ki, iqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, bu ilin yay aylarınadək bankların kredit şərtlərini nisbətən sadələşdirməsi və faiz dərəcələrinin artması problemli kreditlərin həcminə təsir göstərib.

İpoteka kreditləri üzrə problemli kreditlərin həcmində isə bu il azalma qeydə alınıb. Belə ki, ilin əvvəlində ipoteka kreditləri üzrə qeyri-işlək borcların həcmi 34 milyon manat olduğu halda, ötən ayın əvvəlində bu göstərici 32.1 milyon manata enib. Bununla yanaşı, qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı cüzi artım göstərib.

Xalid Kərimlinin fikrincə, bank sektorunda risklərin azaldılması istiqamətində tədbirlərin gücləndirilməsinə ehtiyac var. // Xəzər TV


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv