Ayxan Abbasov Nəriman Axundzadənin transfer iddialarına münasibət bildirdi

Ayxan Abbasov Nəriman Axundzadənin transfer iddialarına münasibət bildirdi






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #Polşa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nəriman Axundzadənin son dövrlərdə azarkeşlərin təzyiqləri ilə üzləşməsi milli komandamızın baş məşqçisi Ayxan Abbasovu da narahat edən məsələlərdən biridir. Nərimanın forması və çıxışı, xüsusən mərkəz hücumçusu baxımından sıxıntıları olan yığmamıza təsirsiz ötüşməyəcək.

presstvaz xəbər verir ki, “Qarabağ”ın hücumçusunun ətrafında yaranmış vəziyyətlə bağlı milli komandamızın baş məşqçisi Ayxan Abbasov Sportal.az-a açıqlama verib:

“Hazırda millimizin 4 hücumçusu var – Renat, Mahir, Nəriman və Musa. Onlardan Mahir və Nərimanı cinahlarda da istifadə edə bilirik. Amma indiki halda hərəsinin özünə görə problemləri var. Mahir zədəlidir. Renatın Polşa karyerası uğurlu olmadı. Musa da zədə səbəbindən xeyli oyun buraxıb, yalnız son vaxtlar davamlı çıxış etməyə başlayıb.

Nərimana gəlincə, xaricə getməsi və ya getməməsi ilə bağlı bir söz deyə bilmərəm. Bu, klubun daxili işidir. İndi ona olan təzyiqlər çoxdur. Amma Nəriman psixoloji cəhətdən daha güclü olmağı öyrənməli və çətinlikləri aşmağa çalışmalıdır.

“Qarabağ”dakı yerlilərin Çempionlar Liqasında oynaması millimiz üçün də üstünlükdür. Böyük turnirlərdə qazanılan təcrübə milli komandamızın xeyrinədir. Xüsusən də böyük yığmalarla oyunlarda buna çox ehtiyac olur”, – deyə Ayxan Abbasov bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv