Anar Bağırov: “Vəkillik vətəndaş cəmiyyətinin mühüm aləti və dayaq nöqtəsidir”

Anar Bağırov: “Vəkillik vətəndaş cəmiyyətinin mühüm aləti və dayaq nöqtəsidir”






presstv

"Presstv"az #Anar Bağırov, #Audi, #Azərbaycan, #Vəkillər Kollegiyası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bu gün daha 60 yeni vəkilin and içərək fəaliyyətə başlaması ilə Azərbaycanda bu peşə sahiblərinin ümumi sayı 2836 nəfərə çatır”.

presstvaz-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov bugünkü təntənəli mərasimdə çıxışı zamanı deyib.

VK rəhbəri bildirib ki, hazırda qadın vəkillərin sayı 633, kişi vəkillərin sayı isə 2203 nəfərdir:

“Ümumilikdə 2025-ci il ərzində keçirilmiş test imtahanlarında iştirak edən 823 nəfərin 420-si uğur qazanıb. Vəkilliyə qəbul prosesinin şəffaf və obyektiv keçirilməsində mühüm rol oynayan Vəkillərin İxtisas Komissiyasına təşəkkürümü bildirirəm”.

A.Bağırov vurğulayıb ki, vəkil vətəndaşı qanundan deyil, qanun pozuntusundan müdafiə edir:

“Vəkil öz fəaliyyəti ilə qanunçuluğun möhkəmlənməsinə, vətəndaşların qanuna, ədalətə və bütövlükdə dövlətə inamının artmasına xidmət edir. Məhz buna görə vəkillik yalnız peşə fəaliyyəti deyil, eyni zamanda cəmiyyət qarşısında daşıdığı məsuliyyət baxımından vətəndaş cəmiyyətinin mühüm aləti və dayaq nöqtəsidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv