İnam Kərimov: “Son illərdə məhkəmə sahəsində qanunvericilik bazası təkmilləşdirilib”

İnam Kərimov: “Son illərdə məhkəmə sahəsində qanunvericilik bazası təkmilləşdirilib”






presstv

"Presstv"az #Ali Məhkəmə, #Audi, #Hakim, #Vəkillər Kollegiyası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Son illərdə məhkəmə sahəsində qanunvericilik bazası təkmilləşdirilib”.

presstvaz-ın məlumatına görə, bunu bu gün Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Vəkillər Kollegiyasının təntənəli mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri genişləndirilib, Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılıb, hakimliyə namizədlərin seçimi mexanizmləri sadələşdirilib:

“Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi yaradan aktlarının indeksləşdirilməsi Qaydasının təsdiqi hüquq ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edir.

Bu günədək Ali Məhkəmənin icraatında olan işlər üzrə 180-dən çox məhkəmə aktı indeksləşdirilərək rəsmi internet səhifəsində dərc edilib.

Bu aktlar cinayət, mülki, inzibati, kommersiya işlərini əhatə edir və vəkillər üçün məhkəmə təcrübəsinin əvvəlcədən öyrənilməsi baxımından əhəmiyyətli hüquqi mənbə rolunu oynayır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv