“Qarabağ”ın rəqibi ən çox cərimələnən ikinci klubdur

“Qarabağ”ın rəqibi ən çox cərimələnən ikinci klubdur






presstv

"Presstv"az #"Qarabağ", #Almaniya, #Audi, #Bakı, #Futbol, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı növbəti rəqibi “Ayntraxt Frankfurt” klubu 2024/2025 mövsümündə azarkeşlərin davranışlarına görə ən çox cərimələnən klublardan olub.

presstvaz xarici mediaya istinadən xəbər verir ki, “Ayntraxt Frankfurt” Almaniya Futbol İttifaqı (DFB) tərəfindən ümumilikdə 764 min avrodan çox cərimələnib.

Frankfurt komandası “Köln”dən sonra ən çox cərimələnən ikinci klub olub. “Köln” klubu 900 min avrodan çox ziyana düşüb.

Qeyd edək ki, “Ayntraxt Frankfurt” klubuna UEFA Çempionlar Liqasının son səfər matçında “Barselona”ya məğlubiyyətindən sonra azarkeşlərin qəzəblənərək pirotexniki vasitələrdən istifadə etmələrinə, fişənglər yandırmalarına və stadionun tualetlərini dağıtmalarına görə “Qarabağ”la Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək səfər oyunu üçün bilet satışına məhdudiyyət qoyulub.

Xatırladaq ki, “Qarabağ” – “Ayntraxt” oyunu 2026-cı il yanvarın 21-də saat 21:45-ə planlaşdırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv