“Azincloud” ilə öz bulud infrastrukturunu yarat

“Azincloud” ilə öz bulud infrastrukturunu yarat






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC-nin “Azincloud” xidməti istifadəçilərə öz bulud infrastrukturlarını yaratmağa imkan verir.

Bunun üçün istifadəçilər xidmət ofisinə müraciət etmədən, www.azincloud.az platforması üzərindən onlayn qeydiyyatdan keçərək cəmi bir neçə dəqiqə ərzində özlərinə aid “bulud” infrastruktur mühitini yarada bilərlər.

Platforma istifadəçilərə yüksək səviyyəli məlumat təhlükəsizliyi, gücləndirilmiş kibermüdafiə, tam nəzarət edilə bilən infrastruktur, fasiləsiz 24/7 texniki dəstək şəraiti yaradır.

Bu imkanlar şirkətlərə texniki işlərə vaxt itirmədən daha rahat işləməyə, xərclərini nəzarətdə saxlamağa, məlumatlarını təhlükəsiz qorumağa, sistemlərini asanlıqla genişləndirməyə və ehtiyac olduqda nəzarət etməyə imkan verir. Eyni zamanda çevik bulud idarəetməsi, müxtəlif əməliyyat sistemləri, bulud marketi, real vaxt monitorinqi və digər həllər sayəsində istifadəçilər infrastrukturlarını sürətli şəkildə inkişaf etdirə bilərlər.

“İstifadə etdiyin qədər ödə” prinsipi əsasında fəaliyyət göstərən “Azincloud” istifadəçilərin yalnız faktiki olaraq yararlandıqları bulud resursları və xidmətlər üzrə ödəniş etməsini nəzərdə tutur və bu da xərclərin optimallaşdırılmasına, büdcənin daha səmərəli idarə olunmasına imkan yaradır. Burada istifadəçilərin resurs tələblərinə uyğun paketlər də təklif olunur.

“Azincloud” Avropanın ən böyük bulud provayderi “Gcore” ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Platformanın əsas hədəfi biznes mühitində rəqəmsallaşma proseslərini daha da sürətləndirmək, müasir bulud həlləri vasitəsilə Azərbaycanda fəaliyyət göstərən biznes və fərdlərin texnoloji imkanlarını artırmaq, onların daha çevik, təhlükəsiz və rəqabətə davamlı fəaliyyətini təmin etməkdir.

Əlavə məlumat üçün www.azincloud.az saytını ziyarət edə bilərsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv