Aktaudakı qəzaya həsr olunan “Səma qurbanları” filmi: “Həmişə ürəyimizdə olacaqlar”

Aktaudakı qəzaya həsr olunan “Səma qurbanları” filmi: “Həmişə ürəyimizdə olacaqlar”






presstv

"Presstv"az #Audi, #Bakı, #Qroznı, #Süni intellekt, #təyyarə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğramasının birinci ildönümünə həsr olunan, süni intellektlə hazırlanmış “Səma qurbanları” adlı qısametrajlı filmin təqdimatı keçirilib.

“SOY Production”a məxsus ekran işi süni intellekt mütəxəssisi Sarvan Hüseyn tərəfindən ərsəyə gətirilib. Qısametrajlı filmin AI rejissoru Babək Sübhanı, assistenti isə Nəzrin Mərdanlıdır. Ekran işində qəza anı süni intellekt texnologiyalarının köməyi ilə canlandırılıb.

Layihədə Milli qəhrəmanlarımız – İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyeva, eləcə də sağ qalan ekipaj üzvləri Aydan Rəhimli və Zülfiqar Əsədovun görüntülərinə yer verilib. Filmin layihə rəhbəri Əməkdar artist Dilarə Əliyeva, ssenari müəllifi isə Fariz Əliyevdir.

Sarvan Hüseyn filmin təxminən bir aya hazırlandığını bildirib:

“Ekran işinin hazırlanmasında süni intellektlə yaradılmış 40 minə yaxın fotoşəkildən və 10 minə yaxın videodan istifadə olunub. Filmdə təyyarənin titrəyişi, insanların üzlərindəki emosiyaları əks etdirməli idik. Süni intellektlə bunları canlandırmaq çox çətin idi”.

Daha ətraflı Baku TV-nin videomaterialında:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv