ABŞ-də daşqın fəlakəti: Altı bölgədə fövqəladə vəziyyət elan edildi

ABŞ-də daşqın fəlakəti: Altı bölgədə fövqəladə vəziyyət elan edildi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Kaliforniya, #Los-Anceles

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Kaliforniya ştatında güclü yağışlar daşqınlara səbəb olub. Nəticədə yaşayış məntəqələri su altında qalıb, altı bölgədə fövqəladə vəziyyət elan edilib.

Bu barədə presstvaz ABŞ KİV-ə istinadən xəbər verir.

Məlumata görə, San-Bernardino bölgəsində yerləşən Raytvud kurort şəhəri sulara qərq olub. Xilasetmə qrupları suyun səviyyəsinin qalxdığı ərazilərdə bəzi evləri təxliyə edib.

Qasırğa səbəbindən 165 mindən çox ev elektriksiz qalıb.

Kaliforniya qubernatoru Qevin Nyusom Los-Anceles, Oranj, Riversayd, San-Bernardino, San-Dieqo və Şastada fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.

Güclü yağış və fırtınanın dekabrın 26-na qədər davam edəcəyi gözlənilir.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv