50 mindən çox "Hyundai" geri çağırılır – Yolda alışa bilər

50 mindən çox "Hyundai" geri çağırılır – Yolda alışa bilər






presstv

"Presstv"az #ABŞ, #Avto, #avtomobillər, #Hyundai, #Təmir işləri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Milli Avtomobil Yolları Təhlükəsizliyi İdarəsi (NHTSA) çərşənbə günü yaydığı açıqlamada Hyundai Motor-un ABŞ üzrə 51 min 587 avtomobili geri çağırdığını bildirib.

presstvaz xəbər verir ki. açıqlamaya görə, lampaların işləməməsinə səbəb ola bilən kabel dəstinin səhv quraşdırılması qısaqapanma riskini artırır və bu vəziyyət avtomobildə yanğına səbəb ola biləcək təhlükəsizlik problemi yaradır.

NHTSA geri çağırma çərçivəsində təmir prosesi tamamlanana qədər avtomobil sahiblərinə mühüm xəbərdarlıq edib. Belə ki, yanğın riskini azaltmaq məqsədilə avtomobillərin qapalı məkanlarda deyil, açıq ərazidə və tikililərdən uzaqda park edilməsi tövsiyə olunur.

Açıqlamada qeyd olunub ki, geri çağırma çərçivəsində səlahiyyətli dilerlər qoşqu kabel dəstini pulsuz olaraq dəyişdirəcəklər. Təmir işlərinin avtomobil təhlükəsizliyinin təmin edilməsi məqsədilə ən qısa müddətdə həyata keçiriləcəyi vurğulanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv