AZAL-ın vitse-prezidenti: “Qazaxıstanın qəzaya uğrayan təyyarə ilə bağlı ilkin hesabatı tam deyil”

AZAL-ın vitse-prezidenti: “Qazaxıstanın qəzaya uğrayan təyyarə ilə bağlı ilkin hesabatı tam deyil”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Hadisə, #Hava Yolları, #Qazax, #Qazaxıstan, #Qroznı, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İlkin hesabat göstərib ki, təyyarə Qroznı hava limanına yaxınlaşan zaman, ona qarşı qeyri-qanuni fiziki müdaxilə baş verib”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin vitse-prezidenti İlham Əmirov AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markasının təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, hazırda bu hadisənin istintaqı davam edir:

“Qazaxıstanda dövlət komissiyası yaradılıb. Mövcud beynəlxalq qanunlarda, o cümlədən “Çikaqo” konvensiyasında belə hadisələrin təhlili standartları və tələbləri göstərilib. Bunlara uyğun olaraq, hadisə baş verdiyi andan bir ay ərzində yaranmış komissiya ilkin hesabat verməlidir. Bu hesabat artıq bu ilin yanvarın sonunda Qazaxıstanda yaranmış dövlət komissiyası tərəfindən dərc olunub. Ancaq bu tam hesabat deyil. Tam hesabat hazırlanıb başa çatmayıb, komissiya öz işini davam etdirir”.

O əlavə edib ki, ilkin hesabat bu qısa faktları özündə əks etdirir: “Yəni həmin hesabatda təyyarə, sərnişinlərin sayı, sərnişinlərin neçəsinin sağ qalması, neçəsinin həlak olması və sair kimi faktlar əks olunub. İlkin hesabatla təsdiq olunub ki, təyyarə Qroznı hava limanına yaxınlaşan zaman, havada olarkən qeyri-qanuni fiziki müdaxilə baş verib”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv