ABŞ-də bir sentlik sikkənin “dəfn mərasimi” keçirilib

ABŞ-də bir sentlik sikkənin “dəfn mərasimi” keçirilib






presstv

"Presstv"az #ABŞ, #Audi, #Dollar, #Maliyyə Nazirliyi, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kolleksiyaçılar və fəallar ABŞ-nin Vaşinqton şəhərində bir sentlik sikkə üçün simvolik dəfn mərasimi keçiriblər.

presstvaz bu barədə “New York Post” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, təntənəli mərasim sikkənin ABŞ-də buraxılmasının 200 ildən çox müddətlik tarixinin başa çatması münasibətilə təşkil edilib.

Zarafat üçün baş tutan dəfn mərasimi Milli xiyabanda Linkoln Memorialının qarşısında keçirilib. Tabutu daşıyan fəxri şəxslər rolunda prezident Avraam Linkolnun bənzərləri çıxış ediblər. Çünki onun portreti ənənəvi olaraq sikkədə təsvir edilib.

Mərasimin mərkəzi elementi çox sayda bir sentlik sikkədən təşkil edilən Linkolnun portreti olub. Sonuncu nüsxə 2025-ci il noyabrın 12-də Filadelfiya Zərbxanasında zərb edilib.

İstehsalın dayandırılması qərarı ABŞ Maliyyə Nazirliyi tərəfindən verilib. 2026-cı ildən etibarən bu sikkələrin zərb edilməsi tamamilə dayandırılacaq.

Bunun üçün əsas səbəb büdcə vəsaitlərinə qənaət olub, çünki bir sikkənin istehsalı hökumətə dörd sentə başa gəlir. Beləliklə də onların istehsalının dayandırılması təxminən 56 milyon dollar qənaət etməyə imkan verəcək.

Gələcəkdə satıcılar nağd ödəniş edərkən qiymətləri beş sentə qədər yuvarlaqlaşdırmalı olacaqlar. Eyni zamanda, mövcud bir sentlik sikkələr dövriyyədən çıxarılmayacaq və qanuni ödəniş vasitəsi olaraq qalacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv