Azərbaycan Din Xadimlərinin II Forumunun iştirakçıları Fəxri xiyaban, Zəfər abidəsi və Hərbi Qənimətlər Parkını ziyarət ediblər

Azərbaycan Din Xadimlərinin II Forumunun iştirakçıları Fəxri xiyaban, Zəfər abidəsi və Hərbi Qənimətlər Parkını ziyarət ediblər






presstv

"Presstv"az #Azərbaycan, #Ermənistan, #Fəxri xiyaban, #Heydər Əliyev, #Müharibə, #Müharibə cinayətləri, #oftalmoloq, #Özbəkistan, #Qazax, #Qazaxıstan, #Türkiyə, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda Azərbaycan Din Xadimlərinin II Forumunun iştirakçıları və Forum çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyə, Özbəkistan, Qazaxıstandan olan nümayəndə heyətləri dekabrın 23-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

presstvaz xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, forum iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış Zəfər abidəsi ziyarət edilib. Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib, abidə önünə gül dəstələri qoyulub.

İştirakçılar, həmçinin Hərbi Qənimətlər Parkında nümayiş etdirilən və Ermənistanın müharibə cinayətlərini sübuta yetirən eksponatlara baxıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv