Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”






presstv

"Presstv"az #Həkim, #Sağlamlıq, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son günlər sosial şəbəkələrdə və həkimlər arasında “tox qarına yatmağın zərərləri” ilə bağlı müzakirələr artıb. Mütəxəssislər bildirirlər ki, gecə saatlarında ağır yemək qəbul edib yatmaq, bir çox sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər.

presstvaz xəbər verir ki, həkimlərin sözlərinə görə, tox mədədən yatmaq orqanizmdə həzm prosesini ləngidir, mədə turşusunun qida borusuna qayıtmasına səbəb olur və bu da yanğı, ağrı və reflüks kimi narahatlıqlar yaradır.

Qastroenteroloqların qeyd etdiyinə görə, xüsusilə şirniyyatlı, yağlı və acılı yeməklərdən sonra dərhal yatmaq qida borusunun divarına zərər verir və uzun müddət davam edən reflüks xroniki xəstəliklərə yol aça bilər.

Mütəxəssislər tox qarına yatmağın digər mənfi təsirlərini də sadalayırlar:

Yuxu keyfiyyətinin zəifləməsi: Həzm prosesi aktiv olduğu üçün bədən rahatlaşmır, bu da yuxunun bölgülməsinə səbəb olur.

Sürətli kökəlmə: Gecə vaxtı ağır qida qəbul etmək maddələr mübadiləsini ləngidir və yağ yığılmasını artırır.

Ürək yanması və qaz problemleri: Tox qarına yatmaq mədə qazını artırır və nəfəs darlığına belə səbəb ola bilər.

Ürək xəstəlikləri üçün risk: Daimi gecə yeməkləri ürəyi əlavə yükləyir və hipertoniya riskini artırır.

Həkimlər tövsiyə edir ki, yatmazdan ən azı 2-3 saat əvvəl qida qəbulu dayandırılmalı, axşam yeməkləri isə yüngül və həzmə asan olmalıdır. Əgər axşam aclığı qaçılmazdırsa, meyvə, qatıq və ya bir stəkan isti çay kimi yüngül məhsullara üstünlük verilməsi məsləhətdir.

Mütəxəssislər hesab edir ki, düzgün qida qəbulu və yuxu rejimi həm yuxu keyfiyyətini yaxşılaşdırır, həm də ümumi sağlamlığa müsbət təsir göstərir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv