Baş nazir: “Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub”

Baş nazir: “Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə qoyub”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan-Türkiyə münasibətləri, #Dollar, #Əli Əsədov, #İlham Əliyev, #Rəcəb Tayyib Ərdoğan, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə əsaslanır. Prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında mövcud olan yüksəksəviyyəli siyasi dialoq və qarşılıqlı etimad iqtisadi əməkdaşlığımızın davamlı inkişafı üçün möhkəm zəmin yaradıb”.

presstvaz xəbər verir ki, bunu Baş nazir Əli Əsədov II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.

O qeyd edib ki, Türkiyə Azərbaycanın vacib ticarət tərəfdaşıdır:

“Bu gün iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi prioritet istiqamətlərimizdən biridir. Bu prosesə Preferensial Ticarət Sazişi çərçivəsində güzəşt tətbiq edilən məhsulların sayının artırılması, eləcə də 2023-cü ildə Türkiyədə fəaliyyətə başlayan ticarət nümayəndəliyimiz töhfə verir. İnvestisiya əməkdaşlığımız müsbət dinamika nümayiş etdirir.

Bu günədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə qoyub”.

“Azərbaycanda 4600-dən çox Türkiyə şirkəti fəal iş aparır. Eyni zamanda, Türkiyədə 3000 Azərbaycan şirkəti müxtəlif sahələrdə iş qurub və qardaş ölkənin iqtisadi inkişafına öz töhfəsini verir.

Qarşılıqlı sərmayə qoyuluşunu bundan sonra da ardıcıl şəkildə davam etdirmək əzmindəyik.

Bu investisiyalar hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verməklə yanaşı, xalqlarımızın rifah halının yüksəldilməsinə xidmət edir”, – deyə Ə.Əsədov bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv