Valdas Dambrauskas: “Sabah” “Qarabağ”ın uğurlarına çatmaq üçün çox inkişaf etməlidir”

Valdas Dambrauskas: “Sabah” “Qarabağ”ın uğurlarına çatmaq üçün çox inkişaf etməlidir”






presstv

"Presstv"az #"Qarabağ", #Ailə, #Audi, #Avropa, #Bakı, #Futbol, #Mətbuat konfransı, #Premyer Liqası, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Sabah” “Qarabağ”ın uğurlarına çatmaq üçün çox inkişaf etməlidir”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının XVI turunun “Sumqayıt”la oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:

“Bütün “Sabah” ailəsini qələbə münasibətilə təbrik edirəm. Bu önəmli qalibiyyətə ehtiyacımız var idi. Düzdür, daha yaxşı oynaya bilərdik. Matçın sonlarına yaxın bir qədər çox əziyyət çəkdik. Futbolçularımız son aylarda çox inkişaf ediblər. Qış fasiləsində mövsümün ikinci yarısına daha güclü hazırlaşacağıq. Mövsümün başa çatmasına çox var. Fasiləyə “qış çempionu” kimi yollanmağımız bizə medal qazandırmır. Böyük uğurlar qazanmaq üçün çox çalışmaq lazımdır. Çempionluğa əsas namizəd olan “Qarabağ” çox yaxşı komandadır, Avropada özlərindən söz etdirməyi bacarıblar. Onların uğurlarına çatmaq üçün çox inkişaf etməliyik”.

Qeyd edək ki, “Sumqayıt” – “Sabah” oyunu Bakı klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv