Metropolitenin bağlanmış banklardakı pulu geri qaytarılmayıb

Metropolitenin bağlanmış banklardakı pulu geri qaytarılmayıb






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Metropoliteni

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bakı Metropoliteni” QSC-nin 2016-cı ildə fəaliyyətini dayandırmış iki bankda yerləşdirilmiş 3.7 milyon manata yaxın vəsaiti indiyədək geri qaytarılmayıb.

presstvaz QSC-nin açıqladığı sonuncu hesabata istinadən xəbər verir ki, sözügedən məbləğ şirkətin cari bank hesablarında nəzərə alınsa da, faktiki olaraq istifadəsiz qalıb. Bildirilib ki, vəsaitlərin geri alınması məqsədilə aidiyyəti qurumlara müraciətlər edilsə də, maliyyə hesabatlarının təsdiqləndiyi tarixədək nəticə əldə olunmayıb. Bu səbəbdən həmin məbləğ üzrə gözlənilən zərərlər tanınaraq ehtiyat ayrılıb.

“Bakı Metropoliteni”nin vəsaitlərinin 1 milyon 563 min manatı “Texnikabank” ASC-də, 2 milyon 166 min manatı isə “Bank Standard”da qalıb. Ümumi məbləğ 3 milyon 709 min manat təşkil edir.

Şirkətin 2024-cü ilin sonuna dair maliyyə hesabatında qeyd olunur ki, zərər ehtiyatı çıxıldıqdan sonra pul vəsaitləri və onların ekvivalentləri 9 milyon 839 min manat səviyyəsində formalaşıb. Bu göstərici 2023-cü ilin (3.891 milyon manat) müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli artım deməkdir.

Hesabatda eyni zamanda vurğulanır ki, məhdudiyyət qoyulmuş pul vəsaitləri xarici təchizatçılar qarşısında öhdəliklərin təminatı məqsədilə girov kimi istifadə olunur və onlara çıxış müqavilə şərtləri ilə məhdudlaşdırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv