ABŞ-nin Ədliyyə Nazirliyi “Epşteyn işi”ndə məşhurlara dair məlumatları gizlətməyəcəyini vəd etdi

ABŞ-nin Ədliyyə Nazirliyi “Epşteyn işi”ndə məşhurlara dair məlumatları gizlətməyəcəyini vəd etdi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Ədliyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Ədliyyə Nazirliyi vəd edib ki, yeniyetmələrə təcavüzdə təqsirli bilinən maliyyəçi Ceffri Epşteynlə bağlı dərc olunan materiallarda tanınmış şəxslər və siyasi xadimlərlə bağlı heç bir məlumat gizlədilməyəcək.

presstvaz xəbər verir ki, bu barədə Ədliyyə Departamentinin bəyanatında deyilir.

Qeyd olunur ki, tanınmış şəxslər və siyasilərlə bağlı heç bir istisna edilməyib və gələcəkdə də belə istisna olmayacaq.

Ədliyyə Nazirliyi bəyan edib ki, dekabrın 19-da yayımlanan yüz min sənəd və fotoşəkildən bəziləri müvəqqəti olaraq gizlədilib. Çünki quruma Epşteynin qurbanlarından və bu şəxslərin vəkillərindən onlara dair materialların ictimaiyyətə açıqlanmaması üçün tələblər daxil olub. Ədliyyə Nazirliyinin mütəxəssisləri həmin sənədləri nəzərdən keçirəcək və sonradan geri qaytaracaqlar.

Nazirlik həmçinin “Epsteyn işi” ilə bağlı daha yüz minlərlə səhifə material dərc etməyi planlaşdırır.

Lakin mütəxəssislər qurbanların məxfiliyini qorumaq üçün sənədləri yoxlamağa davam edəcəklər.

“Müvafiq ədliyyə departamentinin 200-dən çox hüquqşünası hər sənədi dərc olunmazdan əvvəl nəzərdən keçirmək üçün gecə-gündüz işləyir. Bu proses “Epsteyn işi” ilə bağlı materialların ictimaiyyətə açıqlanmasını xeyli gecikdirə bilər” – deyə, məlumatda bildirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv