Əli Əsədov: “Azərbaycanla Türkiyə arasında tranzit daşımalar ilin 11 ayında 4 milyon ton artıb”

Əli Əsədov: “Azərbaycanla Türkiyə arasında tranzit daşımalar ilin 11 ayında 4 milyon ton artıb”






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Bakı, #Bakı-Tbilisi-Qars, #Əli Əsədov, #Orta Dəhliz, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ötən ilin 11 ayı ilə müqayisədə bu ilin analoji dövründə iki ölkə arasında tranzit daşımalarının həcmində 4 milyon ton artım qeydə alınıb”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.

“Avtomobil daşımaları bu əməkdaşlığımızın əsasını təşkil edir. Daşıyıcılar üçün icazə blanklarının mübadiləsi üzrə kvotaların sayı əhəmiyyətli dərəcədə artırılıb. Eyni zamanda Türkiyə tərəfinin xahişləri nəzərə alınaraq ölkəyə daxil olan xarici avtodaşıyıcılardan alınan yığımların bir çoxu ləğv edilib”, – Ə.Əsədov deyib.

Baş nazir bildirib ki, cari ildə dəmir yolu üzrə tranzit daşımalarda artım qeydə alınsa da, həcmi (275 min ton) tərəfləri qane etmir:

“Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu çox gözəl üstünlüklər təmin edir. Orta Dəhlizin mühüm halqası olan BTQ-nin daşıma qabiliyyəti ötən il Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Bu yola əlavə yük axınlarının cəlb edilməsi üçün daha fəal işləməliyik. Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji əhəmiyyət kəsb edir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv