Heyvan sığınacaqlarına dair yeni tələblər müəyyənləşib

Heyvan sığınacaqlarına dair yeni tələblər müəyyənləşib






presstv

"Presstv"az #Audi, #Avto, #Yoluxucu xəstəlik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Sahibsiz heyvan sığınacaqlarına dair baytarlıq-sanitariya norma və qaydaları” təsdiq edilib.

presstvaz-ın məlumatına görə, bununla bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Kollegiyası qərar qəbul edib.

Qərara əsasən, sığınacaqların yerləşməsinə dair tələblər müəyyənləşib.

Belə ki, yaşayış (fərdi inşa edilmiş ayrıca bina istisna olmaqla), ictimai, inzibati və istehsalat binalarında sığınacaqlar yaradılmamalıdır. Həmçinin sığınacaqlar epizootik cəhətdən sağlam olan ərazilərdə yerləşdirilməli və ərazinin epizootik vəziyyəti daim nəzarətdə saxlanılmalıdır.

Bundan başqa, sığınacaqlar yaşayış sahələri, ictimai təyinatlı və ya ümumi istifadədə olan obyektlərdən və su hövzələrindən (axar su mənbələrindən) ara məsafələri (sanitar-mühafizə zolaqları) aşağıda qeyd olunan qaydada yerləşdiriləcək:

– Avtomobil yollarından – 30 metr;

– Fermalardan – 100 metr;

– Su hövzələrindən – 100 metr;

– Sənaye müəssisələrindən – 100 metr;

– Yaşayış binalarından – 100 metr.

Qərara əsasən, sığınacağın yerləşdiyi ərazi 0.6 metr dərində özül üzərində inşa edilməklə 2.2 metr hündürlükdə möhkəm materialla hasarlanmalıdır.

Həmçinin sığınacaqlar aşağıdakılardan ibarət olmalıdır:

– Sığınacaqlara gətirilən və orada mövcud olan heyvanların ilkin tibbi yardım, kliniki müayinəsi, heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsi üçün qəbul, müayinə və müalicə otağı və ya bölməsi;

– Sığınacaqlara yeni gətirilən heyvanların digər heyvanlardan təcrid edilmiş halda saxlanılması üçün heyvan növünə uyğun təşkil edilmiş karantin (izolyasiya) otağı və ya bölməsi;

– Yoluxucu xəstəlik aşkar edilmiş heyvanların növlərinə uyğun saxlanılaraq müalicə və profilaktik tədbirlərin aparıldığı və növlərinə uyğun saxlanıldığı stasionar və intensiv terapiya otağı və ya bölməsi;

– Fizioloji vəziyyətinə (boğaz heyvanlar, balalı heyvanlar və s.) görə heyvanların növlərinə uyğun müvəqqəti saxlanıldığı həssas heyvan saxlanc otağı və ya bölməsi;

Bundan başqa, bir otaq və ya bölmədə heyvanların saxlanıldığı kabinələr və qəfəslər bir və ikicərgəli, bir cərgədə 20-dən çox olmamaqla yerləşdirilə bilər.

Sığınacaqda drenaj sistemi olmalıdır. Drenaj sistemi çirkab suların kanalizasiyadan geriyə doğru hərəkətini məhdudlaşdıracaq şəkildə qurulmalıdır.

Heyvanların saxlanıldığı otaq və bölmələrin qapıları həm xaricdən, həm də daxildən açılıb-bağlana bilən kilid sistemi ilə təchiz edilməlidir.

Otaq və bölmələrdə saxlanılan heyvanların rifahı gözlənilməlidir.

Əlavə olaraq, tibbi müayinədən keçməyən, vərəmli xəstə, eləcə də bədənində irinli açıq yarası, qoturluğu olan, habelə yaşı 18-ə çatmayan şəxslərin heyvanlara xidmət etməsinə icazə verilməyəcək.

Qərar 2026-cı il mayın 4-dən qüvvəyə minəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv