Türkiyənin vitse-prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

Türkiyənin vitse-prezidenti Bakıda şəhidlərin xatirəsini anıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Fəxri xiyaban, #Heydər Əliyev, #Müharibə, #oftalmoloq, #Samir Şərifov, #Şəhidlər xiyabanı, #Türkiyə, #Vətən müharibəsi, #Zəfər parkı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 22-də Şəhidlər xiyabanına gəlib.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyəti Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər güllər düzüb. Həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Daha sonra Şəhidlər xiyabanında 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət olunub, abidə önünə əklil qoyulub, gül dəstələri düzülüb.

Türkiyənin vitse-prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

Türkiyənin vitse-prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

Türkiyənin vitse-prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

Türkiyənin vitse-prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

Türkiyənin vitse-prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

Türkiyənin vitse-prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

Türkiyənin vitse-prezidenti Bakıda şəhidlərin xatirəsini anıb

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üstünə gül dəstələri düzülüb.

Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Zəfər parkını ziyarət edib.

presstvaz “Report”a istinadən xəbər verir ki, ziyarət zamanı qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Nümayəndə heyəti torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsini dərin ehtiramla yad edib, Zəfər abidəsinin önünə əklil qoyulub.

Mərasimdə Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi anılıb.

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz dekabrın 22-də Azərbaycan Respublikasına səfərə gəlib.

presstvaz AZƏRTAC-a istinadla xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmazı Azərbaycanın baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv