Ənənəvi duşlar gələcəkdə tarixə çevriləcək – ilk sifarişləri otellər verdi

Ənənəvi duşlar gələcəkdə tarixə çevriləcək – ilk sifarişləri otellər verdi






presstv

"Presstv"az #Araşdırma, #Avto, #Lüks avtomobil, #Süni intellekt, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaxın gələcəkdə klassik duşların yerini “insan yuma maşınları” ala bilər. Bu futuristik texnologiya artıq reallığa çevrilmək üzrədir.

presstvaz xəbər verir ki, Yaponiyada gələcəyin duş anlayışı üzərində aparılan araşdırmalar nəticəsində tamamilə fərqli bir sistem hazırlanıb. Adi duş başlığı və su axını əvəzinə, insan bədənini avtomatik şəkildə yuyan, masaj edən və rahatladan xüsusi kapsul təqdim olunur. Bu sistem mahiyyət etibarilə insanlar üçün nəzərdə tutulmuş bir növ “paltaryuyan maşın” kimi işləyir.

“Gələcəyin İnsan Yuma Maşını” yuyunma təcrübəsini fərdiləşdirmək üçün ultrasəs dalğaları ilə süni intellekti birləşdirir. Osaka mərkəzli Science Co. şirkəti tərəfindən hazırlanan cihaz ilk dəfə Expo 2025 sərgisində nümayiş etdirilib.

Ziyarətçilər qapalı kapsulun içinə uzanır və bütün təmizlik prosesi avtomatik həyata keçirilir. Kabin əvvəlcə isti su və xırda hava köpükləri ilə dolur, proses sakitləşdirici musiqi və təbiət görüntüləri ilə müşayiət olunur. Bu köpüklər sabun istifadə olunmadan kir və ölü dəri hüceyrələrini təmizləyir.

Sensorlar istifadəçinin dəri tipini və ruh halını real vaxt rejimində analiz edir. Buna uyğun olaraq işıq effektləri və ətirlər seçilir, rahatladıcı atmosfer yaradılır. Son mərhələdə su püskürtmə sistemi bədəndə qalan bütün qalıqları aradan qaldırır. İstifadəçinin yuyunma zamanı hər hansı ovma və ya hərəkət etməsinə ehtiyac qalmır. Yuma və qurulama daxil olmaqla bütün proses təxminən 15 dəqiqə çəkir.

Yay aylarında keçirilən sorğuya əsasən, istifadəçilərin 77,6 faizi bu təcrübəni “çox məmnunedicı”, 21,1 faizi isə “məmnunedicı” kimi qiymətləndirib.

Əvvəlcə satışa çıxarılması planlaşdırılmayan bu cihaz üçün şirkət artıq Yaponiyadakı otellərdən 6 ədəd sifariş alındığını açıqlayıb.

Cihazın mürəkkəb mexaniki hissələri, böyük ölçüsü və mövcud evlərə quraşdırılmasının çətinliyi onun qiymətini xeyli artırır. Şirkət nümayəndələrinin sözlərinə görə, bu sistemin dəyəri “idxal olunan lüks avtomobil qiymətinə yaxın” olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv