Binəqədidə tikinti gərginliyi: Sakinlər işlərin dayandırılmasını tələb edirlər

Binəqədidə tikinti gərginliyi: Sakinlər işlərin dayandırılmasını tələb edirlər






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Bələdiyyə, #Binəqədi rayonu, #Sərəncam, #Torpaq sahəsi, #Yazıçı, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda gecə saatlarında məhəllənin hasarı tikinti şirkəti tərəfindən uçurulub.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 18 ünvanında yaşayan sakinlər belə iddia edirlər.

Vətəndaşların sözlərinə görə, həmin ünvanda “Xəmsə Palace 2021” MTK tərəfindən iki bina inşa edilib. Lakin bir müddət əvvəl üçüncü binanın tikintisi zamanı qazıntı işləri aparılarkən onların həyətinə məxsus hasar uçub.

Ev sahibi iddia edir ki, məhkəmə qərarına əsasən tikinti işləri dayandırılmalı idi, lakin buna baxmayaraq, proses hələ də davam etdirilir.

Sakinlərin şikayəti ilə bağlı “Xəmsə Palace 2021” MTK-dan bildirilib ki, sözügedən binalar 2021-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə dövlət başçısının sərəncamına əsasən tikilib. Şirkət nümayəndəsinin sözlərinə görə, vətəndaşın qeyd etdiyi daş hasarın uçması yağıntılı hava şəraitində torpaq qatının yumşalması ilə əlaqədardır.

Tikinti şirkəti həmçinin iddia edib ki, vətəndaşın yaşadığı 24 sot torpaq sahəsi MTK-nın rəsmi ərazisinə daxildir.

Vətəndaş isə bildirib ki, torpağın çıxarışı olmasa da, onun əlində bələdiyyə sənədi mövcuddur. O, çıxarışın alınması üçün müvafiq dövlət qurumuna müraciət edib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv