Qurban Qurbanov: “Bəzi təkliflərdən sonra futbolçuların gözlərini pul örtür”

Qurban Qurbanov: “Bəzi təkliflərdən sonra futbolçuların gözlərini pul örtür”






presstv

"Presstv"az #"Qarabağ", #Ailə, #Audi, #Azərbaycan, #Braziliya, #Çin, #Futbol, #İspaniya, #Premyer Liqası, #Qəbələ, #Sevilya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“2025-ci il komandam üçün çox yaxşı keçdi. Narazılıqlar da, uğurlar da oldu. Biz elə bir mövqedəyik ki, hamı bizdən razı qalmalıdır. Gərgin mövsüm keçdi. Çempionlar Liqasının çəkisi daha ağırdır, səviyyə başqadır. Bu təzyiqə futbolçularım dözübsə, razı qaldım. Həm də ki, Azərbaycan futbolu üçün böyük rezonans doğurdu, gələcəyə ümid doğurdu”.

presstvaz “Telegraf”a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğıub etdikləri matç barədə danışarlən deyib.

Qurbanov qış transfer dönəmində oyunçuların komandadan ayrılmaq ehtimalından söz açıb:

“Bəzi təkliflərdən sonra futbolçuların “başı gedir”, yəni pul onların gözünü örtür. Mən də onlara bildirirəm ki, belə olmaz. O qədər lazımsız təkliflər gəlir ki… Həm klub rəsmiləri, həm də menecerlər tərəfindən. Amma bilmirlər ki, bunlar 3-5 manata oynayırlar. Belə halda 1-2 ay oyunçunun fikri dağılır. Elə olanda da gərək Çempionlar Liqasının qrupunda oynamayaq. Mən də bir baş məşqçi olaraq daim məsləhət verirəm. Amma özü, ailəsi düşünməlidir. Mənim üçün bu dəqiqə “Qarabağ”ı, bu futbolçuları əldə saxlamaq böyük bir problemə çevrilib. 90 faiz oyunçulara təklif var. Biri Çindən, biri Ərəbistandan… Juninyonu verdik. Braziliya ona 5 milyon verdi, “Sevilya” isə 3 milyon verdi. Amma biz İspaniyaya getməyinə razı deyildik, daha yaxşı yerə getməsini istəyirdik”, – deyə o bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv