Premyer Liqa: “Qarabağ” “Qəbələ” ilə qarşılaşmada geridönüş edərək qalib gəldi

Premyer Liqa: “Qarabağ” “Qəbələ” ilə qarşılaşmada geridönüş edərək qalib gəldi






presstv

"Presstv"az #"Qarabağ", #Araz-Naxçıvan, #Audi, #Hakim, #İmişli, #Liv Bona Dea Arena, #Neftçi, #Premyer Liqası, #Qəbələ, #Şamaxı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Misli Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

presstvaz xəbər verir ki, günün ilk matçında “Qarabağ” “Qəbələ”nin qonağı olub.

Qarşılaşma “köhlən atlar”ın qələbəsi ilə bitib – 1:2.

Meydan sahiblərinin heyətində 6-cı dəqiqədə Prins Ovusu fərqlənib. Ağdam klubunda 27-ci dəqiqədə Bədavi Hüseynov, 79-cu dəqiqədə Marko Yankoviç adlarını tabloya yazdırıblar.

Xallarının sayını 36-ya çatdıran “Qarabağ” hazırda liderdir. “Qəbələ” 8 xalla 11-cidir.

Günün ikinci matçında “Araz-Naxçıvan” “Şamaxı” ilə üz-üzə gələcək.

Qeyd edək ki, XVI tura dekabrın 22-də “Sumqayıt” – “Sabah” oyunu ilə yekun vurulacaq. Daha əvvəl “Turan Tovuz” “Kəpəz”i (2:0), “Neftçi” “Karvan-Yevlax”ı (2:1) məğlub edib. “Zirə” – “İmişli” qarşılaşmasında qolsuz heç-heçə qeydə alınıb.

Bu gün Misli Premyer Liqasının XVI turunun növbəti oyunları keçiriləcək.

presstvaz xəbər verir ki, günün açılış qarşılaşmasında “Qəbələ” “Qarabağ”ı qəbul edəcək.

Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da start götürəcək.

Günün ikinci oyununda isə “Araz-Naxçıvan” klubu öz meydanında “Şamaxı” komandası ilə üz-üzə gələcək.

“Liv Bona Dea Arena”da keçiriləcək matç saat 17:30-da başlayacaq.

Qeyd edək ki, tura dekabrın 22-də yekun vurulacaq.

Misli Premyer Liqası

XVI tur

21 dekabr

15:00. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı

VAR: Rauf Cabarov

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Eldar Məmmədov

Qəbələ şəhər stadionu.

17:30. “Araz-Naxçıvan” – “Şamaxı”

Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov

VAR: Əliyar Ağayev

AVAR: Kamranbəy Rəhimov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Asif Əliyev

“Liv Bona Dea Arena”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv