ABŞ Qəzza ilə bağlı “Günəşin doğuşu” layihəsini hazırlayıb – DETALLAR

ABŞ Qəzza ilə bağlı “Günəşin doğuşu” layihəsini hazırlayıb – DETALLAR






presstv

"Presstv"az #ABŞ, #Audi, #Dollar, #Donald Tramp, #Günəş, #Qəzza

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Qəzzanın Fələstinin nəzarətində olan ərazisini yüksək texnologiyalı metropola çevirməyi hədəfləyən “Günəşin doğuşu” layihəsini təqdim edib.

presstvaz xəbər verir ki, “The Wall Street Journal” bu barədə ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

112.1 milyard dollarlıq planı ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və xüsusi nümayəndəsi Stiv Uitkoff hazırlayıblar.

ABŞ 10 il ərzində anklavın yenidən qurulması xərclərinin təxminən 20%-ni üzərinə götürmək niyyətindədir. Plana əsasən, Qəzzada smart şəbəkələri və yüksəksürətli dəmiryolu olan yüksəktexnologiyalı kurort salınması planlaşdırılır.

Layihə potensial sərmayədarlara təqdim olunub, lakin qəzetin yazdığına görə, bəzi amerikalı rəsmilər onun həyata keçirilməsinə şübhə ilə yanaşıblar.

“Biz tamamilə əminik ki, humanitar dəstəyin bütünlükdə bərpası və uzunmüddətli perspektivdə onun təmin edilməsi üçün investorlar tapacağıq”, – qəzet ABŞ dövlət katibi Marko Rubiodan sitat gətirir.

Layihənin sponsorları və podratçılarla bağlı təfərrüat açıqlanmır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv