Ceyhun Bayramov monteneqrolu həmkarını hazırkı Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı məlumatlandırıb

Ceyhun Bayramov monteneqrolu həmkarını hazırkı Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı məlumatlandırıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Ceyhun Bayramov, #Ermənistan, #Mətbuat konfransı, #Münaqişə, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Monteneqro Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviçi bölgədə olan son durum, Ermənistan-Azərbaycan postmünaqişə dövründə sülh gündəliyi ilə bağlı məlumatlandırıb.

presstvaz xəbər verir ki, Ceyhun Bayramov bu barədə monteneqrolu həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.

“Bu mənada xüsusi olaraq 8 avqust Vaşinqton razılaşmaları barədə ətraflı danışdım. Həmin istiqamət üzrə indiyədək atılmış addımlar, Vaşinqton görüşündən sonra baş verən proseslər, eyni zamanda, bizim Ermənistan tərəfindən olan gözləntilərimiz barədə də həmkarımı məlumatlandırdım. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri, onların gedişatı, orada əlli mindən artıq insanın fəaliyyət göstərməsi, son bir neçə il ərzində həmin ərazilərdə böyükmiqyaslı işlərin həyata keçirilməsi və növbəti illər ərzində də olan planlar barəsində fikir mübadiləsi apardıq”, – deyə nazir əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv