Ədliyyə Nazirliyi: “Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı hazırlanıb”

Ədliyyə Nazirliyi: “Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı hazırlanıb”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Ədliyyə Nazirliyi, #İlham Əliyev, #Konstitusiya və Suverenlik İli, #Məhkum, #Milli Məclis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüslə dekabr 19-da “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı qəbul edilib. Ədliyyə Nazirliyi tərəfindən bu gündən etibarən qərarın icrası istiqamətində işlərə başlanılıb. Belə ki, amnistiya tətbiq edilən, dairəsi müəyyənləşdirilmiş şəxslərin siyahısı hazırlanıb. Qərarın təxirə salınmadan icrası barədə Nazirliyin aidiyyəti struktur qurumlarına zəruri tapşırıqlar verilib.

presstvaz APA-ya istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur. Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır.

“Amnistiya aktı ilkin siyahıya əsasən, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək. Sözügedən Qərarla 7 mindən artıq şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması nəzərdə tutulur ki, bu da amnistiyanın probasiya sahəsində genişmiqyaslı və əhəmiyyətli təsirini nümayiş etdirir.

Ədliyyə Nazirliyi tərəfindən Qərarın icrası amnistiya aktının müvafiq bəndlərinə uyğun olaraq, mərhələli şəkildə təxirə salınmadan həyata keçiriləcək.

Həmçinin Nazirlik tərəfindən amnistiya aktının icrası barədə ictimaiyyətə mütəmadi olaraq məlumat təqdim ediləcək”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Milli Məclis bu gün “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Qərar qəbul edib.

Amnistiya elan olunması təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv