Makronun evi traktorlarla əhatəyə alındı

Makronun evi traktorlarla əhatəyə alındı






presstv

"Presstv"az #Argentina, #Audi, #Avropa, #Boliviya, #Braziliya, #Emmanuel Makron, #Fermerlər, #Fransa, #Hadisə, #Liviya, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransalı fermerlər Prezident Emmanuel Makron və həyat yoldaşı Bricitin şəxsi evinin qarşısında etiraz aksiyası keçiriblər.

presstvaz-ın xəbərinə görə, bu barədə “BFMTV” nəşri məlumat verib.

Məlumata görə, fermerlər Avropa İttifaqı və MERKOSUR (Argentina, Braziliya, Paraqvay, Uruqvay, Boliviya, Venesuela) ölkələri arasında azad ticarət müqaviləsi planlarına qarşı sərt etirazlarını ifadə edirlər.

Etiraz aksiyası prezidentin Tukedəki iqamətgahının qarşısında təşkil edilib. Hadisə yerinə çox sayda traktor və digər kənd təsərrüfatı texnikaları gətirilib.

Telekanalın məlumatına görə, FNSEA həmkarlar ittifaqından olan fermerlər sadəcə müqavilənin imzalanmasını təxirə salmağın kifayət olmadığını hesab edirlər. Onlar həmçinin bildirirlər ki, E.Makron Fransanın bu məsələyə dair mövqeyi ilə bağlı dəqiq cavab vermir.

Qeyd edək ki, MERKOSUR – Braziliya, Argentina və digər ölkələr də daxil olmaqla, Cənubi Amerika ölkələrinin böyük ortaq bazarıdır. Birlik 1991-ci ildə yaradılıb və qitədə əsas iqtisadi rol oynayır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv