“TikTok” uzun müddətdir davam edən mübahisəyə son qoyur

“TikTok” uzun müddətdir davam edən mübahisəyə son qoyur






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Ailə, #Audi, #Çin, #Donald Tramp, #Larri Ellison, #TikTok, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“TikTok” sosial şəbəkəsi ABŞ bölməsinin satılması üzrə sazişi imzalayıb və bölmə artıq ABŞ investorlarının nəzarətində olacaq. Bu da tətbiqə ABŞ-də qadağan qoyulmasından yayınmağa imkan verəcək.

presstvaz-ın xəbərinə görə, bu barədə “Axios” nəşri şirkətin baş direktoru Şou Çunun daxili memorandumuna istinadən məlumat verib.

Saziş platformanın Çinin “ByteDance” şirkətinə məxsus olması səbəbindən milli təhlükəsizliklə bağlı narahatlıqlardan qaynaqlanan və “TikTok” ətrafında uzun müddətdir davam edən mübahisəyə son qoyur. Memoranduma əsasən, qapalı sazişin 2026-cı il yanvarın 22-də bağlanması planlaşdırılır.

“Oracle”, “Silver Lake” və Əbu-Dabidə yerləşən MGX fondu birgə şəkildə “TikTok USDS Joint Venture LLC” adlı yeni müəssisənin 45%-i üzərində nəzarəti əldə edəcəklər. Səhmlərin əlavə 20%-ni isə “ByteDance” özündə saxlayacaq. Qalan üçdəbiri isə onun investorları tərəfindən idarə olunacaq.

Birgə müəssisə müstəqil olacaq və mövcud ABŞ istifadəçilərinin məlumatlarına, tövsiyələr alqoritminin təhlükəsizliyinə, məzmunun (kontentin) moderasiyasına və proqram təminatı dəstəyinə nəzarəti öz üzərinə götürəcək. Tövsiyələr alqoritmi xarici təsirləri aradan qaldırmaq üçün yalnız ABŞ istifadəçi məlumatları əsasında yenidən formalaşdırılacaq.

Daha əvvəl, sentyabrın 19-da ABŞ Prezidenti Donald Tramp ABŞ-nin “TikTok”la bağlı Çinlə razılığa gəldiyini açıqlamışdı. Sentyabrın 20-də isə o, Vaşinqtonun Çinlə “TikTok” üzrə sazişi həyata keçirməyə başladığını bildirmişdi.

“TikTok”un satın alınmasında iştirakçılar “Oracle”ın həmtəsisçisi Larri Ellison, “Dell”in baş direktoru Maykl Dell, eləcə də Merdok ailəsinin nümayəndələri Laklan və Rupert olublar.

Bundan əlavə, Ağ Ev rəhbəri “TikTok” sazişinin məbləğinin “nəhəng” olduğunu qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv